G azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti M. M. QƏNDİLova e. Q. İsmayilova


İsmin cəm forması (Plural of nouns)



Yüklə 0,69 Mb.
səhifə331/366
tarix10.01.2022
ölçüsü0,69 Mb.
#106324
növüDərs
1   ...   327   328   329   330   331   332   333   334   ...   366
İsmin cəm forması (Plural of nouns)
Azərbaycan dilində olduğu kimi ingilis dilində də isimlər tək və cəm formada işlənir. Tək formada olan isimlər heç bir xüsusi şəkilçiyə malik olmur, məsələn: a book, a boy, a table, a pen, a fox, a match və s.
Müasir ingilis dilində ismin cəm formasını düzəltmək üçün tək halda olan ismin axırına “s” sonluğu əlavə edilir, məsələn:

a table - a tables, a girl – girls, a wall – walls və s.


Bəzi hallarda ismin sonuna “es” şəkilçisi artırılır. Bunlar aşağıdakılardır.

    1. əgər tək halda olan isimlərin sonu s, ss, sh, ch, x, tch –lə qurtararsa, məsələn: a bus – buses, a beach – beaches, a match – matches, a box – boxes, a dress – dresses;

    2. əgər tək halda olan isim “y” hərfi ilə bitərsə və “y” hərfindən əvvəl samit gələrsə, bu halda “y” hərfi “i” hərfinə çevrilir və ismin sonuna “es” artırılır, məsələn; a baby – babies, a city – cities.

Qeyd: “y” hərfindən əvvəl samit olarsa, belə isimlərin cəm forması ümumi qayda ilə düzəlir, məsələn: a boy – boys, a day - days, a toy – toys


3) Əgər ismin sonu “f” (ef) hərfi ilə bitirsə, cəm formasında “f” hərfi “v” hərfinə çevrilir və “es” əlavə edilir, məsələn: a shelf – shelves, a knife – knives, a leaf – leaves [li:vz]
Cəm şəkilçisi “s” (es) özündən əvvəl gələn səsdən asılı olaraq üç cür oxunur:

  1. kar samitlərdən sonra [s] kimi

parks […..] cats […]


  1. sait və cingiltili samitlərdən sonra [z] kimi

boys [….] , pencils […], doctors […..].


  1. fışıltılı samitlərdən sonra [iz] kimi

foxes [..], noises [..], horses [..].

Müasir ingilis dilində yeddi isim vardır ki, onların cəm forması kökdəki saitin dəyişməsi ilə düzəlir: a man – men, a woman – women, a foot – feet, a toolh – teelh, a goose – geese, a mouse - mice, a louse – lice.




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   366




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin