There is..., there are...,
Azərbaycan dilində yer zərfliyi ilə başlanan və tərkibində “var” ifadəsi olan cümlələr ingilis dilində “there is”, “there are” ifadələri ilə başlanır. əgər cümlənin mübtədası təkdədirsə there is, cəmdədirsə, there are ifadəsi işlənir. Bu ifadələrlə başlanan cümlələrdə sözlərin sırası aşağıdakı kimi olur.
There is a book on the table
Stolun üstündə kitab var.
There are two books on the table
Stolun üstündə iki kitab var.
Sual formasında to be feli (is, are) cümlənin əvvəlinə keçir, məsələn;
Is there a book on the table?
Are there two books on the table?
Inkar formasında to be felindən sonra not inkar hissəciyi yazılır danışıq dilində qısaldılmış inkar there isn't [ıznt] there aren't [:] işlədilir.
There isn't a book on the table.
There aren't any books on the table.
Bir qayda olaraq, there is (there are) ifadələri ilə başlanan cümlələrdə yer zərfliyinə sual verilmir.
There is a book on the table.
What is there on the table?
Dostları ilə paylaş: |