İndiki davamedici zaman (The Present Continuous)
(Progressive)
Present Continuous zaman forması “to be”köməkçi felinin indiki zaman formaları: am,is,are və əsas məna daşıyan felin indiki zaman feli sifəti (Participle I) vasitəsilə əmələ gəlir
I am reading We are “__”
He is reading You are “__”
She is They are “__”
He is
Sualda köməkçi fel (am, is, are) mübtədadan əvvəl gəlir.
Am I reading ? are We “__?”
Is he “__”? are you “__?”
Is she “__?” are they”__?”
İnkarda “not” inkar hissəciyi köməkçi feldən sonra gəlir.
I am not We are not “__”
You are not “__” You are not “__”
She is not They are not “__”
He is not
The Present Continuous zaman formasının işlədilməsi:
I.The Present Continuous danışdığımız zaman davam etmədə olan hərəkəti bildirir.
İt is raining – yağış yağır.
Why are you looking at like that? – nə üçün belə baxırsan?
II. The Present Continuous yaxın gələcəkdə icra olunacaq hərəkəti bildirir.
Ex: What are you doing tonight? – Bu axşam nə edirsiniz? (nə etmək fikrindəsiniz?)
III.The Present Continuous yalnız danışdığımız zaman deyil, ümumiyyətlə davam etməkdə olan hərəkəti də bildirir.
Will you give me the book? I want to read it.
I am sorry, I can’t. My brother is reading it at present.
IV. The Present Continuous müvəqqəti baş verən hərəkəti bildirir.
She is living with her sister until she finds a flat.
Mənzil tapana qədər o (hələlik) bacısıgildə qalır.
V. Present cont. daima dəyişkənlikdə olan hərəkəti bildirir.
The population of the world is rising. (dünyanın əhalisi artmaqdadır.)
Our life is changing – (Həyatımız dəyişməkdədir.)
VI. The Present Continuous icrası gələcəkdə nəzərdə tutulmuş, planlaşdırılmış hərəkəti bildirir.
Ex:-Let’s go to the country tomorrow (gəl sabah kəndə gedək)
I can’t, I am playing tennis tomorrow (gedə bilmərəm, sabah mən tenis oynayacam.)
Dostları ilə paylaş: |