G azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti M. M. QƏNDİLova e. Q. İsmayilova


İndiki zaman (The Present Simple)



Yüklə 0,69 Mb.
səhifə342/366
tarix10.01.2022
ölçüsü0,69 Mb.
#106324
növüDərs
1   ...   338   339   340   341   342   343   344   345   ...   366
İndiki zaman (The Present Simple)
Present Simple zaman formasını əmələ gətirmək üçün məs­dərdən “to” hissəciyi atılır, 3-cü şəksin təkində felin sonuna – s (es) şəxs sonluğu əlavə edilir.
İ speak Endlish we

You “--------” you speak English



She speaks “--------” they

He

Sonu “o” ilə bitən fellər 3-cü şəxsin təkində -es şəxs sonluğu qəbul edir. He goes (gouz) He does (d ^ z)



Sonu “s, es, ch, sh, x” ilə bitən fellər 3-cü şəxsin təkində -es şəxs sonluğu qəbul edir və bu şəxs sonluğu (İz) kimi tələffüz olunur. Ex: dresses (dresiz) washes (wɔ∫ız) fel “y” hərfi ilə bitərsə və “y” hərfindən əvvəl samit gələrsə “y” hərfi “i” hərfinə çevrilir və -es şəxs sonluğu əlavə edilir. Ex: study - studies

Bu zaman formasının sual şəkli köməkçi “do” feli vasitəsilə düzəlir.

“Do” feli 3-cü şəxsin təki üçün “does” olur.

Do you speak English?

Does she/he speak English?

İnkarda “not” inkar hissəciyi köməkçi fel ilə birlikdə mübtədadan sonra gəlir. (do not, does not) Qısadılmış inkar şəkli “dont, doesn’t” olur.

I do not work.

I don’t work.

She does not work.

She doesn’t work.

Present Simple azman formasının işlədilməsi.

1. Present Simple indiki zamanda baş verən adi hərəkəti bildirir:

John lives in London.

They work at the factory.

2. Present Simple vərdiş halına düşmüş, təkrar olunan hərəkəti bildirir və adətən often, sometimes, usually, seldom, always, never, every day (week, month, year) once a week - zaman zərifləri ilə işlənir:

I go to the library every day.

I always do my morning exercises.

We usually do our homework in the evenings.

3. Present Simple ümumi vahid həqiqətləri və ümumi anlayışları ifadə edir.

ex.: The earth goes round the sun.


Mübtədaya və onun təyininə verilən suallara cavab adətən qısa şəkildə olur:

1. “Whose friend works at the ministry of Foreign Trade?”

My friend does”.

2. “Who speaks German well in your office?”

These engineers do”.
Verilmiş qısa cavablarda vurğu mübtədanın üzərinə düşür, köməkçi fel və ya bağlayıcı fel vurğusuz tələffüz edilir.

“Who works at this office?”

“We do” [wi: du:]


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   366




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin