Present Perfect Zaman formasının işlədilməsi
1) keçmişdə icra olunub, nəticəsi indiki zamanda olan hərəkəti bildirmək üçün: They have built a new house – Onlar təzə ev tikiblər.
I have lost my dictionaty – Mən lüğətimi itirmişəm.
2) hələ bitməmiş vaxt müddətində icra olunmuş hərəkəti göstərmək üçün. Bitməmiş vaxt – to day, this week, this month, this year – sözləri ilə göstərilir. I have read two books this week. – Bu həftə mən 2 kitab oxumuşam.
3) …. Ifadələri ilə
Recently – bu yaxınlarda
Lately – son zamanlar
In the last few days – son bir neçə gündə
For a long time – uzun müddətdir ki
So far – bu vaxta qədər
For ages – çoxdandır ki
4) already (artıq), just (indicə), yet (hələ də), never (heç vaxt), ever (… dan bəri), since zərfləri ilə
Ex: When is Jahm leaving for Moscov?
He has already gone.
He has just come. – O indicə gəlib.
They have not come yet. – Onlar hələ gəlməyiblər.
Has it stopped raining yet? – Hələ yağış dayanmayıb?
Have you ever been to London? – Sən heç Londonda olmusan?
I have never seen this man. – Mən bu adamı heç vaxt görməmişəm.
I have not seen him since yesretday. – Mən onu dünəndən görməmişəm
Dostları ilə paylaş: |