İsmin cəm forması (Plural of nouns)
Azərbaycan dilində olduğu kimi ingilis dilində də isimlər tək və cəm formada işlənir. Tək formada olan isimlər heç bir xüsusi şəkilçiyə malik olmur, məsələn: a book, a boy, a table, a pen, a fox, a match və s.
Müasir ingilis dilində ismin cəm formasını düzəltmək üçün tək halda olan ismin axırına “s” sonluğu əlavə edilir, məsələn:
a table - a tables, a girl – girls, a wall – walls və s.
Bəzi hallarda ismin sonuna “es” şəkilçisi artırılır. Bunlar aşağıdakılardır.
əgər tək halda olan isimlərin sonu s, ss, sh, ch, x, tch –lə qurtararsa, məsələn: a bus – buses, a beach – beaches, a match – matches, a box – boxes, a dress – dresses;
əgər tək halda olan isim “y” hərfi ilə bitərsə və “y” hərfindən əvvəl samit gələrsə, bu halda “y” hərfi “i” hərfinə çevrilir və ismin sonuna “es” artırılır, məsələn; a baby – babies, a city – cities.
Qeyd: “y” hərfindən əvvəl samit olarsa, belə isimlərin cəm forması ümumi qayda ilə düzəlir, məsələn: a boy – boys, a day - days, a toy – toys
3) Əgər ismin sonu “f” (ef) hərfi ilə bitirsə, cəm formasında “f” hərfi “v” hərfinə çevrilir və “es” əlavə edilir, məsələn: a shelf – shelves, a knife – knives, a leaf – leaves [li:vz]
Cəm şəkilçisi “s” (es) özündən əvvəl gələn səsdən asılı olaraq üç cür oxunur:
kar samitlərdən sonra [s] kimi
parks […..] cats […]
sait və cingiltili samitlərdən sonra [z] kimi
boys [….] , pencils […], doctors […..].
fışıltılı samitlərdən sonra [iz] kimi
foxes [..], noises [..], horses [..].
Müasir ingilis dilində yeddi isim vardır ki, onların cəm forması kökdəki saitin dəyişməsi ilə düzəlir: a man – men, a woman – women, a foot – feet, a toolh – teelh, a goose – geese, a mouse - mice, a louse – lice.
Dostları ilə paylaş: |