Say (The Numeral)
Şəxs və əşyaların miqdarını və sırasını bildirən sözlərə say deyilir. İfadə etdikləri məna və malik olduqları qrammatik xüsusiyyətlərə görə saylar üç qrupa bölünür: 1) miqdar sayları; 2) sıra sayları; 3)kəsr sayları.
Miqdar sayları (Cardinal numerals)
Şəxs və əşyaların miqdarını bildirən saylara miqdar sayları deyilir: one, two, three, tventy, hundred, thousand, thirty – three və s.
Miqdar sayları how many sualına cavab olur,
məsələn: She has three brothers.
How many brothers does she have? (How many
brothers has she?)
Sıra sayları (Ordinal numerals)
Şəxs və əşyaların sırasını bildirən saylara sıra sayları deyilir. İngilis dilində sıra sayları which sualına cavab verir, məsələn:
The first girl is my sister.
Which girl is your sister.
Morfoloji quruluşuna görə sıra sayları üç cür olur:
I. Sadə sıra sayları. Bu saylar ancaq bir kökdən ibarət olur. Bura cəmi üç say daxildir: first […] - birinci, second […] - ikinci, third […]- üçüncü.
II. Düzəltmə sıra sayları. Bu qrupa daxil olan sıra sayları miqdar saylarının sonuna –th şəkilçisi artırmaq yolu ilə düzəlir. Bu şəkilçi Azərbaycan dilində sıra sayı düzəltmək üçün işlənən –cı-, -ci-, -cu-, -cü– şəkilçilərinə uyğun gəlir, məsələn: sixth – altıncı, seventh – yeddinci, fourth – dördüncü, tenth – onuncu.
III. Mürəkkəb sıra sayları. Mürəkkəb sıra sayları bir neçə kökdən ibarət miqdar saylarına –th şəkilçisi əlavə etməklə düzəlir: -th şəkilçisi axırıncı komponentə artırılır, məsələn: sixty – seventh – altımış yeddinci, twenty six – iyirmi altıncı.
Three hundred eighty-fourth – üç yüz səksən dördüncü.
Sıra sayları ilə təyin olunan isimlər adətən müəyyənlik artiklı ilə işlənir, məsələn: the first lesson, the second floor və s.
Dostları ilə paylaş: |