Who? What? Which? questions
Ingilis dilində mübtədaya və onun təyininə verilən suallar adətən Who (kim)?, What (nə)?, Which (hansı)?, whose (kimi)? sual əvəzlikləri ilə başlanır. Belə cümlələrdə söz sırası nəqli cümlələrdəki kimi olur, yəni burada sual əvəzlikləri cümlənin mübtədası rolunu oynayır. Mübtədaya sual bir qayda olaraq, III şəxsin təkində verilir. Məsələn:
Who knows his telephone number? – Kim onun telefon nömrəsini bilir?
What usually stands here?
Whose son knows English?
Bir neçə şəxsdən və ya əşyadan birinin seçilməsi lazım olduqda which sual əvəzliyi işlədilir və çox hallarda bu sual əvəzliyindən sonra “of” sözönü işlənir və ismin qarşısında ya işarə əvəzliyi, ya da müəyyən artikl yazılır. Məsələn:
Which of your sisters lives in London? – Sənin bacılarından hansı Londonda yaşayır?
Which of the students speaks English fluently? – Bu tələbələrdən hansı ingiliscə sərbəst danışır.
Keçmiş zamanı əmələ gətirən – ed – şəkilçisi 1) kar samitlərdən sonra [t] kimi (worked [wo:kt], stopped [stopt])
2) saitlərdən və cingiltili samitlərdən sonra [d] kimi played [pleId] smiled [smaIld]
3) sonu – t – və – d – ilə bitən sözlərdə [ıd] kimi oxunur.
lasted [la:stıd]
decided [dı’saıdId]
Ikihecalı felin ikinci hecasına vurğu düşürsə sonuncu samit qoşalaşır. Məs: prefer – preferred
admit – admitted.
Vurğu birinci hecaya düşürsə sonuncu samit qoşalaşmır. Məs: visit – visited offer – offered.
Sonu – y – hərfi ilə bitən fellərdə - y – hərfindən əvvəl sait gələrsə - ed - əlavə edilir. Məs: play – played
enjoy – enjoyed.
Sonu – y – hərfi ilə bitən -y – hərfindən əvvəl samit gələrsə - y – hərfi -i hərfinə çevrilir və -ed əlavə olunur. Məs: study – studied; carry – carried.
Dostları ilə paylaş: |