Past Simple zaman formasının işlədilməsi
Past Simple keçmiş vaxt müddətində artıq icra olunmuş hərəkəti göstərir. Belə hərəkətin hazırkı vaxtla əlaqəsi yoxdur.
ex: He wrote the letter and went away.
O məktubu yazdı və çıxıb getdi.
Past Simple adətən aşağıdakı zaman zərfləri ilə işlədilir.
yesterday – dünən
last week – keçən həftə
last month – keçən ay
last year – keçən il
… ago - bundan əvvəl
in 1990 – 1990-cu ildə
a day before yesterday – srağa gün
Future form (will, to be going to, Present Count. for the future, Present simple for the future)
The Future Indefinite Tense Form – Future Simple
Bu zaman forması shall/will köməkçi felləri və məsdər (to ədatsız) vasitəsilə düzəlir. Shall/will köməkçi felləri Azərbaycan dilinə acaq, əcək – kimi tərcümə olunur.
I. I shall work We shall work
II. You will work You will work
III. She/he will work They will work
Sual formasında shall/will mübtədadan əvvələ gəlir.
Shall I work? Shall we work?
Will you work? Will you work?
Will she/he work? Will they work?
İnkar formasında shall/will köməkçi fellərindən sonra not inkar hissəciyi işlədilir.
I shall not (shan’t) work We shall not (shan’t) work
You will not (won’t) work You will not (won’t) work
She will not (won’t) work She/he will not (won’t) work
Müasir ingilis dilində bütün şəxslər “will” köməkçi feli ilə işlənir. I will work, We will work.
İşlədilməsi – Gələcək zamanın qeyri-müəyyən forması gələcəkdə baş verəcək, icra ediləcək hərəkətləri bildirmək üçün işlədilir, məsələn: She will work an interpretor at our office.
Qeyd: Müasir ingilis dilində gələcəkdə icra olunacaq hərəkətləri bildirmək üçün gələcək zamanın qeyri müəyyən forması əvəzinə, indiki zamanın qeyri-müəyyən və ya davamedici forması işlənir. Bu hal əsasən yaxın gələcəyi ifadə edir və hərəkət bildirən (to do, to come, to leave, to start, to arrive və s.) fellərlə işlənir. Məsələn:
1) We shall leave an eight, arrive in Moscow at midnight and take a plane on London.
Biz saat 8-də çıxırıq, (çıxacağıq) gecəyarısı Moskvaya çatırıq və oradan da təyyarə ilə Londona gedirik.
2) I am leaving for New-York next week – Gələn həftə Nyu-Yorka gedirəm.
Bundan əlavə gələcəkdə icra olunacaq hərəkətləri ifadə etmək üçün to be going + məsdər və to be about + məsdər birləşmələri də işlənir. Bu birləşmələr olan cümlələrdə, mübtədanın gələcəkdə görəcəyi hər hansı bir işi planlaşdırdığı nəzərdə tutulur. Məsələn: We are going to see one another in London – Biz bir-birimizi Londonda görəcəyik.
The train is about to start
Qatar yola düşmək üzrədir
Dostları ilə paylaş: |