Garayli orxan baloglan oğlu (magistrin a a. s.)



Yüklə 1,66 Mb.
səhifə14/28
tarix10.01.2022
ölçüsü1,66 Mb.
#108533
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
Əsas əlamətlər

Əlavə əlamətlər

Mülkiyyətin səhmdar forması

(kapitalda pay iştiraki)



Mülkiyyətçilərin bərabər hüququ

(eyni sinifli səhmlərin səhmdarlari üzrə)



Korporasiya mülkiyyəçilərinin idarəetmədən təcrid olunması

Səhm mülkiyyətçilərinin dəyişməsi zamanı şirkətin sabitliyi

Korporasiyanın və səhmdarların mülkiyyətinin bölgüsü

Korporasiyanın elementləri arasında təşkilat əlaqələrinin sabitliyi

Mülkiyyətçilərin məsuliyyətinin məhdud­laşdırılması (mülkiyyət payı çərçivəsində)

Korporasiyanın ayrı-ayrı strukturları arasında qarşılıqlı hərəkətlərin müxtəlif formaları

Bu əlamətlər korporasiyanı sahibkarların tapşırıqlarını tənzimləyən sahələrin xüsusi birliyi kimi səciyyələndirməyə imkan verir. Nəzərə almaq lazımdır ki, ölkə kor­po­rasiyalarının formalaşmasının təməlində bu strukturların qarşılıqlı hərəkətlə­rin­də genetik-struktur-funksional prinsip durur. Bu prinsip iqtisadi sistemi formalaşdıran istehsalatın obyektiv şərtləri əsnasında müəyyən edilir, burada hər seqment və iqtisadi subyekt xüsusi funksional rol oynayır. Korporasiyaların funksional rolu, ölkənin onilliklərlə formalaşan iqtisadi siste­minin tarixi xüsusiyyətləri ilə müəyyən olur.

Fikrimizcə, ölkənin formalaşan bazar iqtisadiyyatı, bütövlükdə, ümumdünya meyil­ləri çərçivəsində inkişaf edir, amma bunlarla yanaşı, təbii-etik xüsusiyyətlər ilə bağlı müəyyən fenomenlər əmələ gətirir. Bu fenomenlər ölkənin mürəkkəb maliyyə sistemi yaradıb və hal-hazırda o, üç seqmentin simbiozudur: dövlət vəsaitləri, özəl sahibkarların vəsaitləri (kiçik və orta biznesin) və korporativ vəsaitlər. Ümumilikdə sxem şəkil 2.6-da göstərilmişdir.

Ölkənin maliyyə sisteminin seqment və sektorlara şərti bölünməsinə baxma­ya­raq, bu sxem yeni formalaşan maliyyə sisteminin əsas xüsusiyyətlərini və korporativ maliyyənin rolunu əks etdirir.

Bazarın bu seqmentlərinin maliyyəsi (müasir bazar sisteminin xüsusiyyət­lərin­dən irəli gələn ümumi cəhətləri nəzərə almaqla) ümumi iqtisadi-maliyyə sahəsində işləyir, amma köklü fərqləri onların genezisini və inkişafının perspektivli meyil­lə­rini öyrənməyə vadar edir. İri qurumlarda şirkətlərin müxtəlif idarəetmə sistemlərinin formalaşması reallığa çevrilir. Problem korporasiyaların optimal növünün bazarın konkret şəraitinə və əmtəə bazarının inkişaf səviyyəsinə uyğun seçilməsindədir.

`

.Şəkil 2.6. Ölkənin maliyyə sxeminin tərkibi
İri korporasiyaların islah olunmasında iki alternativ yanaşmanı ayırmaq olar: islahatların liberal variantı bazarın liberallaşmasını və nəzarəti olmayan rəqa­bətin nəinki əsas şərt kimi, hətta ümumi iqtisadiyyatın inkişafının effektliyindən, transaksiya xərclərindən, enerji daşıyıcılarınnın qiymətlərinin artmasından, sosial və ekoloji nəticələrdən asılı olmadan qəbul edir; transformasiya tənzimləmə variantı təsərrüfat obyektlərin özünü­tənzimləyən rəqabət və transformasiya metodologiyasına arxalanır. Bu variantda rə­qa­bət münasi­bətlərinin sərhədləri, iqtisadiyyat üçün müsbət effektlərin qiymət­lən­dirilməsi ilə, genişlənir: məhsul və xidmətlərə olan tələbat ödənilir, transaksiya məs­rəfləri azalır, sosial sahə, ölkənin enerji təhlükəsizliyi və iqtisadiyyatın sahələri enerjidaşıyıcıları ilə, təmin olunur. Ənənəvi olaraq idarəetmə nəzəriyyəsində təşkilat­lanmış strukturların iki növü səciyyələnir: üfüqi və şaquli (cəd. 2.3). Bütün başqa növlər bu iki növün modifika­siyasıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin