Garayli orxan baloglan oğlu (magistrin a a. s.)


Şəkil 2.1. Korporativ biznesin sxemi



Yüklə 1,66 Mb.
səhifə10/28
tarix10.01.2022
ölçüsü1,66 Mb.
#108533
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
Şəkil 2.1. Korporativ biznesin sxemi
Beləliklə, korporativ idarəetmənin təcrübə problemləri korporativ mühitin işlə­mə­sinin probleminə çevrilir. Korporativ mühit daim dinamikadadır, onun tərkib his­sə­ləri, həmçinin öz vəziy­yət­lərini dəyişir. Buna görə bu vəziyyətlərin nəzarəti və proq­nozlaşdırılması ortaya çıxır, çünki bu mühitlərin dəyişməsi korporasiyanın yaşamına təsir edir. Korporativizm (fəaliyyətin təşkilati forması kimi) – bazar iqti­sadiyyatı ilə korpo­rativ qurumların istifadə etdiyi tənzimləmə mexanizmləri arasında olan ziddiy­yətlərin həlli formasıdır. İri korporativ qurumların bazar strukturları qarşısında üstünlüyü göz önündədir, amma həlledici deyil.

İnkişafın dialektikası belədir ki, bazarın və qeyri-bazar strukturlarının mövcud­luğu labüddür, resursları istiqamətləndirən daxili mexanizmlər birgə işləməlidir və bir-birinin çatışmazlıqlarını tamamlayaraq, bazar iqtisadiyyatında yeksənəqliyin müm­künsüzlüyünü təsdiq etməlidir.

Şərti «kapitalist» adlandırılan iqtisadiyyatın əsl münasibətlərinin reallığı belədir ki, müxtəlif növ mexanizm və alətlər qarşılıqlı işləyir. Eyni vaxtda demək lazımdır ki, firmadaxili məsələlərin həllində korporasiyalar bazar qiymətlərindən istifadə etmir. Bu simbiozun sabitliyinin qiymətlən­dirilməsi bazar mübadiləsinin təşkili zamanı çə­ki­lən məsrəflərdən asılıdır (nəzəriyyədə ilk dəfə bu problem K.Menger, E.Bem-Ba­verk, F.Vizer kimi alimlərin diqqətini cəlb edib). Aydındır ki, qarmaqarışıq mübadilə əməliyyatları xərclər tələb edir, bu xərclərə nəzəriyyədə transaksiya xərcləri deyilir (informasiyaya çəkilən xərclər, kontraktların bağlanması, nəzarətin təşkili, ödəniş-hesablama əməliyyatları və s.).

Korporasiyaların və firmaların «təşkilatdaxili məsrəfləri» onların iriləşməsinin həcmindən asılıdır, qeyri-bazar münasibətlərinin tənzimlənməsinə sərf olunan xərc­lər, başqa transaksiya xərcləri ilə (yəni bazara sərf olunan xərclərlə) müqayisə olunur.

Transaksiya məsrəflərinin təhlili onları iqtisadi münasibətlər sistemində ayrıca məhdudiyyət növü kimi qəbul etməyə imkan verir. Bu anlayış, transaksiya təhlilini korporativ münasibətlərin təhlil sisteminə daxil etmək üçün çox vacibdir, çünki kor­porativ təşkilatların daha effektli növlərinin seçimini təmin edir (firmalar, korpo­rasiyalar, assosiasiyalar, alyanslar və s.). Təşkil olunmuş korporativ strategi­yanın seçimində, müqayisələrə və məsrəflərin həcmlərinin aşkarlanmasına yönəlmiş insti­tusional təhlil çox böyük əhəmiyyət kəsb edir. Bu halda nəzərə almaq lazımdır ki, struk­tur və üsulların korporativ dəyişmələri gələcək gəlirlə ödənilə biləcəyi priz­ma­dan baxılmalıdır.

D.Nortun ifadəsinə görə «institutlar-insanların qarşılıqlı hərəkətlərini təkrarlayan qaydalardır». İqtisadi təhlildə institutların istifadəsi, iqtisadi agentlərin xarici mühitdə birmənalı olmayan qarşılıqlı hərəkətlərinin mürəkkəb problemlərini həll etməyə imkan verir. Ümumi izahatda «iqtisadi institut» anlayışı ümumi maraqları olan və bu baxımdan qərar qəbul edən bir qrup insanları nəzərdə tutur.

Azərbaycan iqtisadiyyatının keçid dövründə, institusionalizmin meydana çıx­ması iqtisadi münasibətlərin islahatlaşdırılması və onların elmi izahatı ilə birbaşa bağ­lıdır. Bu çox vacibdir, çünki Azərbaycanda yaradılmış iqtisadi islahatlar sxemində əsas strateji məsələ həllini tapmayıb; iqtisadi səmərə sosial ədalətə gətirib çıxar­mayıb.

Cəmiyyətin sosial strukturunu, şərti olaraq piramida şəklində təsəvvür etmək olar. Bu piramidanın özülündə əhalinin kasıb kütlələri yerləşir. Piramidanın ucu isə özüldən çox aralanmışdır. Bu da əhalinin müxtəlif təbəqələri arasındakı fərqi əks et­dirir. Son nəticədə bu sovet sisteminin xarabalığında yaranmış yeni qeyri-ədalətli qu­rumun təzahürüdür. Fikrimizcə, bu sosial piramidada olan ədalətsizlikləri korporativ münasibətlər ni­zamlaya bilər. Qeyd etmək lazımdır ki, ideal variantda bu, mövcud vəziyyətin dəyiş­məsinin başlanğıcıdır.

Elmin və təcrübənin korporativ inteqrasiyalara, alyanslara və tərəfdaşlığa fəal münasibəti təsadüfi deyil, bu, rəqabətin transformasiya prosesləri ilə bağlıdır. Rə­qabət bazarda mübarizə forması kimi, müasir şəraitdə təkamül edə-edə öz klassik for­masından (qiymət mexanizmindən istifadə edərək, bazarda tarazlığın yaranması), «qey­ri-mükəmməl» rəqabət formasına tərəf addımlayır. Bu «qeyri-mükəmməl» rə­qa­bət sənayedən sonra əmələ gələn informasiya cəmiyyəti ilə bağlıdır, burada rəqabətin mütləq mobilliyi (hərəkəti) məhdudlaşdırılıb və kapitalın hərəkətinə nəzarət yoxdur.

Təcrübədə isə bu, korporativizm proseslərinin fəallaşması ilə bağlıdır, onları fərq­ləndirən cəhət – bazarın ayrı-ayrı seqmentlərinə nəzarət edən iri korporasiyaların öz aralarında bağlanan sazişlərdən istifadəsidir.

İri korporativ qurumların şəbəkə tipli təşkili müəyyən eklektikası ilə səciy­yələnir. O, funksional idarəetmə sxeminin xüsusiyyətlərinin elementlərini, divizional strukturların muxtariyyətını, təşkilatın resurslarının çevik istifadəsini və müasir qarı­şıq-virtual korporativ qurumların layihə-kommersiya mərkəzlərini özündə cəmləş­dirir. Söhbət, iqtisadi qrupların dinamik dəyişən işgüzar münasibətləri ilə bağlı spesi­fik şəbəkələrdən gedir. Təşkilati-struktur planda müasir korporativ qurumlar funksio­nal yönəlmiş ortaq­ların (tərəfdaşların) təşkilatlanmış cəmiyyətlərini təmsil edir.

Həmin cəmiyyət istehsalın layihələndirilməsini, istehsalını, əmtəənin satılmasını təşkil edir və son müsbət maliyyə nəticəsinə yönəlmiş müasir informasiya (məlumat) texnologiyalarından faydalanaraq xidmətlər göstərir.

Assosiativ birləşmiş korporasiyanın əsas məqsədi bazar şəraitində yaranan hər hansı bir məhsula, ya xidmətlərə yaranan ehtiyacın əsaslı texnologiyaların köməyi ilə ödənilməsidir.

Azərbaycanda belə təşkilatlar qismində maliyyə-sənaye qrupları, holdinqlər sa­yıla bilər. Həmin qruplar ya müəssisələrin şaquli qurulmuş korporativ strukturları şəklində, ya üfüqi assosiasiya qurumlarının formalaşması ilə təşkil olunur.

İnteqrasiya olunmuş korporativ qurumlara müxtəlif növ qurumlar aiddir. Onların əsas cəhəti – strategiyanın uzunmüddətliliyi, daxili səmərəlik və sazlanmış əlaqələr vasitəsi ilə effektli işləməsidir. Təhlil üçün, inteqrasiya olunmuş şirkətlərin və onların xüsusiyyətlərinin əsas amillərinin təsnifatından istifadə edilməsi məqsədəuyğundur.

Əsas amillərin qrupları bunlardır: a) inteqrasiyanın maliyyə-iqtisadi amilləri qrupu; b) inteqrasiyaya cəhd edən şirkətlərin vəziyyəti ilə bağlı bazar-konyunktur amilləri; c) mülkiyyət münasibətləri və əlaqələri ilə bağlı olan mürəkkəb tənzimləmə kompleksinin mülkiyyətə nəzarət amilləri.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin