Şəkil 2.7. Korporativ qurumların iyerarxik strukturları
1. Şaquli təşkil olunmuş iyerarxiya strukturunun klassik tipi (növü). Bu struktur sərt tabeçilik və qərarların ən yüksək səviyyədə qəbul olunmasını nəzərdə tutur. Bir qayda olaraq, bu tip kiçik, orta həcmli korporativ qurumlarda istifadə olunur.
Şaquli strukturun reallaşması sxemində aşağıdakı proseslər həyata keçirilir: informasiyanın (məlumatın) toplanması; elementlərin davranışının optimal strategiyasının seçimi; onların yuxarıdakı elementlərə tabeçiliyi; tapşırıqların yerinə yetirilməsinə nəzarət; strategiyanın uğurlu reallaşmasına görə mükafatlandırma; strategiyadan kənarlaşmaya görə cərimələr. Belə strukturun üstünlüyü resursların optimal istifadəsidir, bu isə, nəticədə miqyasda qənaətə gətirib çıxarır. Şaquli strukturun qüsuru tabeçilikdə olan elementlərdən tam informasiyanın yığılmasının vacibliyidir. Buna görə şaquli strukturların əsas üstünlkləri stabil (sabit) standartlaşdırılmış mühitdə (asan və mürəkkəb) özlərini göstərir.
2. Daha effektli müasir tələblərə görə «yastıyönəlmiş» (üfüqi yönəlmiş) struktur tipidir. Bu struktur növündə məsuliyyət mərkəzləri və qərarlarının qəbul edilməsi yayılıb. Başqa sözlə desək, idarəetmənin aşağı səviyyələri daha böyük müstəqillik nümayiş etdirir. Səlahiyyətlərin paylanmasının ən geniş yayılmış sxemidir.
Dostları ilə paylaş: |