Garayli orxan baloglan oğlu (magistrin a a. s.)


Azərbaycanın iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin inkişaf perspektivləri



Yüklə 1,66 Mb.
səhifə27/28
tarix10.01.2022
ölçüsü1,66 Mb.
#108533
1   ...   20   21   22   23   24   25   26   27   28
3.3. Azərbaycanın iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin inkişaf perspektivləri
Azərbaycanda konqlomerat diversifikasiyaya misal kimi «Günay» Bankın fəaliy­yətini də göstərmək olar. 1992-ci ildə bank kimi qeydiyyatdan keçən işgüzar təşkilat, sonradan holdinqə çevrilmiş və bir sıra sənaye, tikinti, ticarət, ictimai iaşə və aqrar biznes müəssisələrinin sahibi olmuşdur.

«NurGün» şirkəti isə ticarətdən başlayaraq sonra «Ruzi» bank təsis etmiş, avto­mobillərin satışı, onlara texniki xidmət, dəyirman və un məmulatları istehsal etməyə başlamışdır.

Bu tendensiyanı “AtaHoldinq” şirkətində də görmək olar. “AtaHoldinq”ASC-nin maliyyə sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əməyi olan “AtaBank”ASC, “AtaLizinq” ASC və “AtaSığorta” ASC şirkətləri ilə təmsil olunurlar. İndi “Ata­Bank”ASC-nin 12 filialı bə 4 şöbəsi fəaliyyət göstərməkdədir. Banka 2007 -ci ildə “Bu­reau Veritas” şirkəti tərəfindən “Bütün növ bank xidmətləri” adlı İSO 9001:2000 ser­tifikatı təqdim edilmişdir. 2006-cı ilin sonuna bankın xalis aktivləri 62,671.93 min manat, müddətli depozit portfeli 37,981.8 min manat və kredit hortfeki 41,994.5 min ma­nat olmuşdur. “AtaLizinq” ASC 2004-cü ildə “AtaHoldinq” (64%) və “Ata­Bank”ASC (36%) tərəfindən təsis edilmişdir. Şirkət inşaat, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı və səhiyyə sahələrində fəaliyyət göstərən yeri və xarici müəssisə­lə­rə lizinq xidmətləri göstərir.2005-ci ildə o, korporativ istiqrazlarını tədavülə burax­mış­­dır. “AtaSığorta” ASC 31 könüllü 4 icbari olmaqla 35 növ sığorta xidməti təklif edir. “AtaHoldinq”ə daxil olan “ZəyəmKəndMaş” MMC-nin əsas profili kənd təsər­rü­fatı texnikası avadanlıqlarının və neft-qaz sektorunda istifadə olunan ehtiyat his­sə­lə­rin istehsalıdır. Hazırda burada neft quyularının nasosları üçün ştoklar və klapan dəst­ləri də istehsal edilir. Şirkət regionda aqroservis fəaliyyəti ilə də məşğul olur. “Şəmkir Quş­çuluq” fabriki yumurtalıq və ətlik istehsal sahəsində ixtisaslaşmış təsər­rü­­fatdır. Ha­zırda müəssisə ayda 2,3 milyon ədəd yumurta və gələcəkdə 1,0 milyon baş quş istehsal etməklə ölkənin qərb bölgəsinin tələbatını tam ödəyəcək və öz məh­sul­larını qon­şu Gürcüstana ixrac etmək imkanı əldə edəcəkdir. “Şəmkir Daş-Çınqıl” müəssi­sə­sin­də ayda 3600 kub m çınqıl, qum və daş plitələr istehsal olunur. “AtaTreydinq” və “Ata­Marketinq” yaradılmışdır. “AtaHol­dinq” ASC-nin tu­rizm və xidmət sektoruna müx­təlif xidmət sahələrini əhatə edən “Ata­Turizm” MMC, “Ataİnşaat” MMC və “İn­terTurizm” MMC şirkətləri daxildir. “Excel­sior” Hotel Baku” ölkədə ilk “5+” ulduzlu meh­manxanadır. Şirkətin bu cür çoxşaxəli konq­lomerat fəaliyyəti 2015-cı ilin sonuna maliyyə göstəricilərini yaxşılaşdırmağa imkan vermişdir (cədvəl 3.1. və 3.2.).


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin