161
alınan nəticəyə görə, məhlulda zülalın miqdarı haqqında nəticə çıxarılır. Lakin
bu üsulun dəqiqlik səviyyəsi o qədər də yüksək deyil. Çünki ultrabənövşəyi
şüaları əsasən triptofan və tirozin qalıqları udur; onların miqdarı isə müxtəlif
zülalların tərkibində böyük hüdudda fərqli ola bilər. Zülalları spektrofotomet-
riya üsulu ilə tədqiq edərkən spektrofotometrin 280 nm-lik zonasında 1 optik
sıxlıq vahidi (küvetin qalınlığı 1 sm olan şəraitdə) şərti olaraq 1mq/ml zülala
ekvivalent hesab edilir. Bu metod tam dəqiq olmasa da, müasir dövrdə geniş
tətbiq edilir. Çünki, spektrofotometriya kifayət qədər sadə tədqiqat üsuludur,
olduqca az vaxt tələb edir və bu üsulla aparılan tədqiqat zamanı bioloji material
dəyişikliyə uğramadığına görə, ondan başqa analizlər üçün də istifadə etmək
mümkündür.
Zülal məhlulları həm də flüoressensiyaedici xassəyə malikdir. Yəni onlar
elektronların həyəcanlanmış vəziyyətdən adi vəziyyətə keçməsi zamanı kvant
şüaları buraxır. Zülalların bu xassəsindən flüoressent spektroskopiya üsulunda
istifadə edilir. Flüoressensiya spektri həmişə yerini uzundalğalı şüaların
udulma spektrinə nisbətən dəyişmiş vəziyyətdə olur. Çünki, elektronlar
həyəcanlanmış vəziyyətdən adi vəziyyətə keçərkən molekullar enerji itirir.
Zülalların flüoressensiyası əsasən triptofan, tirozin və fenilalanin qalıqlarının
xassələri ilə əlaqədardır. Lakin mürəkkəb zülalların tərkibində başqa
flüoressensiyaedici maddələr də ola bilər.
Dostları ilə paylaş: