Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə11/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   137
Biokimyanın əsasları I cild

II FƏSİL 
 
KARBOHİDRATLAR 
 
2.1. KARBOHİDRATLAR HAQQINDA ÜMUMİ MƏLUMAT,
ONLARIN
BİOLOJİ ƏHƏMİYYƏTİ VƏ TƏSNİFATI 
Karbohidratlar 

təbiətdə ən geniş yayılmış üzvi birləşmələrdir. Onlar 
kimyəvi strukturlarına görə, ya tərkibinə aldehid və ya keton qrupu daxil olan 
çoxatomlu spirtlər, ya da həmin spirtlərin polimerləridir. Bitkilərin quru 
kütləsinin 80-90%-i karbohidratlardan ibarətdir. Onlar bitkilərdə həm istinad 
toxumasının (sellüloza), həm də ehtiyat üçün saxlanan qida maddələrinin 
(nişasta, polifruktozanlar və s.) əsas kütləsini təşkil edir. Heyvan və insan 
orqanizmində karbohidratlar üzvi maddələrin digər növlərinə (zülallar, lipidlər) 
nisbətən az olur və toxumaların quru kütləsinin yalnız 2%-ə qədərini təşkil 
edir. Buna baxmayaraq, orqanizmin enerjiyə tələbatının ödənilməsi baxımın-
dan karbohidratların əhəmiyyəti heç də digər üzvi maddələrin əhəmiyyətindən 
az deyil. Təkcə bunu göstərmək kifayətdir ki, insan orqanizmi enerjiyə ehti
-
yacının 60%-ə qədərini karbohidratların hüceyrədaxili oksidləşməsi sayəsində 
əldə edir; orta bədən kütləsinə malik olan insan qidanın tərkibində hər gün 400-
600 q karbohidrat qəbul edir. 
Karbohidratlar termininin meydana çıxmasının səbəbi 

bu qrupa daxil 
olan üzvi maddələrin ilk nümayəndələrinin kimyəvi tərkibinin C
n
(H
2
O)

düsturuna uyğun gəlməsi olmuşdur. Göründüyü kimi, burada hidrogen və 
oksigen atomlarının miqdar nisbəti su molekullarındakına müvafiqdir (2:1). 
Lakin üzvi kimyanın inkişafı sahəsində aydın olmuşdur ki, əslində bu uyğunluq 
təsadüfidir: sonralar empirik formulu yuxarıda göstərilənə uyğun gəlməyən 
ramnoza – C
6
H
12
O
5
və dezoksiriboza (C
5
H
10
O
4
) kimi karbohidratlar aşkar 
edilmiş və bundan əlavə, məlum olmuşdur ki, oksigen və hidrogen atomlarının 
nisbətinə görə həmin formula uyğun gəlsə də, karbohidrat xassəsinə malik 
olmayan üzvi birləşmələr də vardır. Formaldehid (CH
2
O), asetat turşusu 
(C
2
H
4
O
2
), süd turşusu (C
3
H
6
O
3
) bunlara misal ola bilər.
Kimyəvi Nomenklaturanın İslahatı üzrə Beynəlxalq Komissiya 1927-ci 
ildə “karbohidratlar” termininin bu qrupa daxil olan üzvi maddələrin həm 
kimyəvi təbiətini, həm də tərkibini əks etdirmədiyini nəzərə alaraq, bu 
birləşmələri “qliseridlər” adlandırmaq təklifini irəli sürmüşdü. Lakin “qlise-
ridlər” termini müvafiq elm sahəsi üzrə tədqiqat aparan alimlərin əsərlərində 
geniş yayılmadığına görə, diqqətdən kənarda qalmışdır. Buna görə, Beynəlxalq 
Kimya İttifaqının (IUPAC) 1978-ci ildə nəşr etdirdiyi biokimyəvi nomenk-
laturada “karbohidratlar” termini saxlanılmışdır. 
Təbiətdə yayılmış karbohidratların əsas mənbəyi bitkilərdir. Yaşıl bit-
kilərdə fotosintez prosesi sayəsində sintez edilən üzvi maddələrin ilk qrupunu 
karbohidratlar təşkil edir. Beləliklə, bütün heyvanlar aləmini də karbohidrat-
larla ya bilavasitə, ya da dolayı yolla bitkilər aləmi təchiz edir. Doğrudur, hey-
van və insan orqanizmində karbohidratların müəyyən növləri sintez edilir
lakin burada onların sintezi üçün bitkilərdə olduğu kimi, qeyri-üzvi maddə-


24 
lərdən (CO
2
və su) deyil, müxtəlif üzvi maddələrin (o cümlədən karbohid-
ratların) mübadiləsinin üzvi xarakterli aralıq məhsullarından istifadə edilir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin