Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə115/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   137
Biokimyanın əsasları I cild

4.9. TƏBİİ PEPTİDLƏR 
İnsan və heyvan orqanizmində sintez edilən və müəyyən bioloji aktivliyə 
malik olan təbii peptidlər mənşəyinə və təsir spesifikliyinə görə 4 qrupa 
bölünür: 1) 
hormonal aktivliyə malik olan peptidlər
(vazopressin, oksitosin, 
adrenokortikotrop hormon, qlükaqon, kalsitonin, melanositstimulyasiyaedici 
hormon, liberinlər, statinlər və s.); 
2) 
həzm sisteminin fəaliyyətinin tənzimində iştirak edən peptidlər
(qastrin, 
sekretin, pankreozimin və s.); 
3) 
qan serumunun 

2
-qlobulin fraksiyasına daxil olan zülalların və ya 
toxuma zülallarının hissəvi proteolizi nəticəsində əmələ gələn peptidlər
(angiotenzin, bradikinin, kallidin və s.); 
4) 
neyropeptidlər.
Təbii peptidlərin hormonal aktivliyə malik olan və həzm sisteminin 
funksiyalarını tənzim edən növləri haqqında dərsliyin müvafiq bölmələrində 
məlumat verilmişdir. 
Təbii peptidlərin əksəriyyəti zülalların tərkibinə daxil olmur və onların 
sintezində aralıq məhsul kimi əmələ gəlmir. Lakin onlardan bir qrupu
orqanizmdə sintez edilən müəyyən zülalların dəyişikliyə uğraması nəticəsində 
əmələ gəlir; angiotenzin və kininlər belə peptidlərə misal misal ola bilər. 
Məsələn, damar tonusunun təbii tənzimləyicilərindən biri 

a n g i o t e n z i n
qan serumu zülallarının 

2
- qlobulinlər fraksiyasına daxil olan angioten-
zinogenin biokimyəvi dəyişikliklərə uğraması nəticəsində əmələ gəlir. Bu 
proses 2 mərhələdən ibarətdir. Birinci mərhələdə angiotenzinogen molekuluna 
tripsinin və böyrək parenximinin yukstaqlomerulyar hüceyrələrində sintez 
edilən reninin təsiri nəticəsində, 10 aminturşu qalığının birləşməsindən 
(dekapeptid) ibarət olan I angiotenzin ayrılır. Bundan sonra qaraciyərdə sintez 
edilən karboksikatepsin adlı spesifik fermentin katalizatorluğu şəraitində qeyri-
aktiv I angiotenzin molekulundan 2 aminturşu qalığı ayrılır və yüksək bioloji 
fəallığa malik olan II angiotenzin əmələ gəlir. Təbii vazopressor (damar 
tonusunu artıran) maddələrdən ən qüvvətlisi olan II angiotenzin 8 aminturşu 
qalığının birləşməsindən ibarətdir:
a n g i o t e n z i n o g e n 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin