169
Göründüyü kimi, renin angiotenzinin əmələ gəlməsi prosesində təşəbbüsçü
amil kimi iştirak edir. Böyrəklərin damar tonusuna təsirində renin sintezinin
mühüm rolu vardır. Böyrəyin qanla təchizatı azaldıqda yukstaqlomerulyar
(yumaqcıqətrafı) hüceyrələrdən renin sekresiyası sürətlənir. Bunun nəticəsində
əmələ gələn renin isə angiotenzinin
əmələ gəlməsinə təkan verməklə, damar
tonusunu artırır. Bundan əlavə, angiotenzin böyrəküstü vəzilərin qabıq maddə-
sində aldosteron sintezini sürətləndirir. Aldosteron isə böyrək borucuqlarında
natrium ionlarının və suyun reabsorbsiyasını artırır; bu, dövran edən qanın
həcminin azalması əleyhinə təsir göstərən fizioloji mexanizmlərdən biridir.
Zülalların parçalanması nəticəsində əmələ gələn
təbii peptidlərin mühüm
bir qrupu k i n i n l ə r d i r. Bunlardan b r a d i k i n i n və k a l l i d i n i n
bioloji təsiri daha ətraflı öyrənilmişdir. Bradikinin molekuluna 9, kallidin
molekuluna isə 10 aminturşu qalığı daxildir. Kininlər orqanizmdə 2
yolla
yaranır. Bunlardan birincisi (yüksək sürətli kininogenez) qan serumu
zülallarının
2
-qlobulinlər fraksiyasına daxil olan prekallikreinin kallikreinə
çevrilməsi ilə başlayır. Kallikreinin təsiri nəticəsində kininogen zülalından
tərkibinə 10 aminturşu qalığı daxil olan polipeptid
–
kallidin (lizil-bridikinin)
ayrılır. Bundan sonra aminpeptidaza fermentinin
təsiri nəticəsində kallidin
molekulundan 1 aminturşu qalığı (lizin) ayrılır və bradikinin əmələ gəlir.
Kinonogenez prosesinin ikinci yolu fibrinolizinin toxuma kininogenlərinə təsiri
ilə əlaqədardır.
Dostları ilə paylaş: