Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə117/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   137
Biokimyanın əsasları I cild

H
2
N-Liz-Arg-Pro-Pro-Qli-Fen-Ser-Pro-Fen-Arg-COOH 
Kallidin 
 
H
2
N-Arg-Pro-Pro-Qli-Fen-Ser-Pro-Fen-Arg-COOH 
Bradikinin 
Bradikinin qan damarlarını genişləndirir, arterial təzyiqi azaldır, damar 
divarının keçiriciliyini artırır. Bundan əlavə, bradikinin müxtəlif orqanlarda 
prostaqlandinlərin sintezini stimulyasiya edir. Kininlər orqanizmdə normal 
şəraitdə də əmələ gəlir və həm arterial təzyiqin, həm də damar divarı 
keçiriciliyinin tənzimində iştirak edirlər. Lakin iltihabi və allergik proseslər 
zamanı kininogenez sürətlənir. I angiotenezini II angiotenzinə çevirən karbok-
sikatepsin (peptidil-dipeptidaza) fermenti bradikinin molekulunun tərkibinə 
daxil olan aminturşu qalıqlarını karboksil qrupu sərbəst olan tərəfdən dipep-
tidlər şəklində ayırır və bu yolla kinin sisteminin fəallığını azaldır.
Müxtəlif canlıların toxumalarında tərkibində nisbətən az miqdarda (3-8) 
aminturşu qalığı olan oliqopeptidlərə də təsadüf edilir. Bunlardan qlutation, 
enkefalinlər, hipotalamusun bəzi hormonal amilləri (tiroliberin, melanoliberin, 
melanostatin), karnozin və anserin, pantoten turşusu nisbətən geniş yayılmışdır.
Qlutation
bütün heyvan toxumalarında və bəzi bitkilərdə geniş yayılmış 
tripeptiddir. Bu birləşmənin tərkibində olan peptid rabitələrindən biri zülallarda 
təsadüf edilən rabitələrdən fərqlənir: qlutationun tərkibinə qlutamin turşusu, 
sistein və qlisin qalıqları daxildir və burada zülal molekullarındakından fərqli 
olaraq, peptid rabitəsinin əmələ gəlməsində qlutamin turşusunun

-karboksil 


170 
qrupu iştirak edir. 
HOOC

CH

CH
2

CH
2

CO

NH

CH

CO

NH

CH

COOH 


NH
2
CH
2
-SH 

 
Qlutation (SH-qlutation, reduksiyaya uğramış forma) 
Eritrositlərdə, qaraciyərdə, böyrəküstü vəzilərdə başqa toxumalara nisbətən 
çox qlutation olur. Toxumalarda qlutationun həm reduksiyaya uğramış (SH-
qlutation), həm də oksidləşmiş (S-S-qlutation) formalarına təsadüf edilir. 
Oksidləşmiş qlutationa 2 ədəd reduksiyaya uğramış qlutation molekulunun 
disulfid körpücüyü vasitəsilə birləşmiş törəməsi kimi baxmaq olar. 
Qlutation bəzi fermentlərin tərkibində hidrogen atomlarının ötürücüsü 
funksiyasını daşıyır. Bundan əlavə, qlutation zülalların sulfhidril və disulfid 
qruplarına təsir göstərən ağır metal ionları ilə kompleks birləşmə əmələ 
gətirərək, onları zərərsizləşdirir. Qlutation heyvan və insan eritrositlərində 
autooksidləşmə prosesləri nəticəsində əmələ gələn hidrogen-peroksidin (H
2
O
2

və lipid peroksidləşməsi məhsullarının zərərsizləşdirilməsində iştirak edir. 
Tərkibinə qlutation daxil olan fermentlərin (qlutation-peroksidaza, qlutation-S-
transferaza) fəallığı sayəsində hüceyrə daxilində toplanan hidrofob xassəli 
maddələr suda yaxşı həll ola bilən birləşmələrə çevrilir və böyrəklər vasitəsilə 
orqanizmdən xaric edilir. Beləliklə, qlutation orqanizmin fermentativ 
detoksikasiya proseslərində iştirak edir.
Əzələ toxumasında karnozin və anserin adlanan dipeptidlər geniş 
yayılmışdır. Onların hər ikisinin tərkibində zülallarda təsadüf edilməyən 

-
alanin aminturşusu qalığı olur. 
Karnozin 

-alaninin histidinlə 

-karboksil 
qrupu vasitəsilə birləşməsinin məhsuludur, 
anserini
isə karnozinin metilləşmiş 
törəməsi hesab etmək olar. 
karnozin (

-alanilhistidin) anserin (N-metil-karnozin, (

-alanil- 
N-metilhistidin)
Karnozin məməlilərin, anserin isə balıq və quşların əzələlərində olur. 
İnsanın skelet əzələlərində yaş toxuma kütləsinin 100 mq%-i qədər karnozin 
aşkar edilir. Miokardda və saya əzələ liflərində isə onun yalnız izləri olur. 
Karnozin və anserinin bioloji rolu tam aydınlaşdırılmayıb. Bəzi tədqiqatların 
nəticələrinə görə, onlar kreatinlə birlikdə fosforlu birləşmələrin orqanizmin 
enerji balansının təmin olunmasında iştirakına şərait yaradırlar. Əzələ toxu-
Глутамин туршусу галыьы
Систеин галыьы
Глисин галыьы


171 
masının mitoxondrilərini karnozin və anserin olan məhlulda saxladıqda onlarda 
oksidləşmə və fosforlaşma prosesləri arasındakı mütənasiblik sabit qalır. 
Karnozin və anserin əzələlərin fiziki yorğunluqla əlaqədar olan vəziyyətinin 
aradan qalxmasını sürətləndirir. Görünür bu, adı çəkilən dipeptidlərin bioloji 
oksidləşmə prosesinə təsiri ilə əlaqədardır. 
Haqqında məlumat verdiyimiz peptidlərdən başqa, orqanizmdə tsiklik 
strukturlu peptidlərə də rast gəlmək mümkündür. Hipofizin arxa payının 
hormonları 

vazopressin
və 
oksitosin
bunlara misal ola bilər. 
Təbii peptidlərin böyük bir qrupunu təbabətdə müalicə vasitəsi kimi tətbiq 
edilən antibiotiklər təşkil edir. Hazırda məlum olan antibiotiklərin 100-ə qədəri 
(o cümlədən, penisillin, sefamezin, qramisidin C və b.) peptid strukturuna 
malikdir. Zəhərli göbələklərin toksinləri arasında da peptid strukturlu birləş-
mələr geniş yayılmışdır (amanitinlər, filloidin, muskarin). 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin