Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə120/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   137
Biokimyanın əsasları I cild

Prolaminlər

taxıl bitkilərinin dənlərində geniş yayılmış zülallardır. 
Buğda və çovdarın tərkibində olan qlobulinlər 

qliadin
adlanır; qarğıdalıda 
olan 
zein 
və arpada olan 
qordein
zülalları da prolaminlər qrupuna aiddir. 
Bunların hamısı bir-birindən tərkibindəki aminturşu qalıqlarına və molekul 
kütlələrinə görə fərqlənən zülalların qarışıqlarıdır. 
Prolaminlər 60-80%-li spirtdə həll olurlar. Onların tərkibində prolin və 
qlutamin turşusu qalıqları çox, lizin, arginin və qlikokol isə əhəmiyyətsiz miq
-
darda olur.
Qlütelinlər

duru qələvi məhlullarında yaxşı həll olan bitki zülallarıdır; 
taxıl bitkilərinin dənlərində və bütün bitkilərin yaşıl hissələrində toplanan 
zülalların bir hissəsi qlütelinlər qrupuna aiddir. Qlütelinlərə, alınma mənbə-
yindən asılı olaraq, müxtəlif adlar verilmişdir. Məsələn, buğda qlütelinləri 

qlütenin
, düyü qlütelinləri isə 

orizenin
adlanır. Buğda ununun tərkibində olan 
qliadin 
(prolaminlərin nümayəndəsi) qlüteninlə birlikdə isladıldıqda yapışqana-
bənzər kütlə əmələ gətirir. Bu, buğda ununun və ondan hazırlanan xəmirin 
texnoloji keyfiyyətlərini müəyyənləşdirir. Qlütelinlər prolaminlərdən hidroliz 
məhsulları arasında lizin və qlisinin bir qədər çox, prolin və qlutamin turşu-
larının isə nisbətən az olmasına görə fərqlənir. Bundan əlavə, qlütelinlərin 
tərkibində alanin, tirozin və argininin miqdarı artıqdır.
Qlütelinlərin qidalanmada əhəmiyyəti böyükdür. Eksperimental tədqiqat-
lardan aydın olmuşdur ki, qida rasionuna qlütelinlərdən başqa heç bir zülal 
daxil edilməyən siçovul balaları normal inkişaf edir, yalnız prolamin zülalı ilə 
qidalanan siçovul balalarının isə inkişafı dayanır, lakin qidaya qlütelin əlavə 
edildikdən sonra onların da inkişaf sürəti bərpa olunur.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin