Şəkil 4.11. Hemoqlobin molekulunda hemlə qlobinin birləşməsinin sxemi
H e m o q l o b i n i n h e t e r o g e n l i y i. Yetkinlik yaşına çatmış insan
orqanizmində hemoqlobinin iki və daha artıq fraksiyası olur; bu fraksiyalar bir-
birindən qlobin zülallarının protomerlərində olan aminturşu qalıqlarının
düzülüşünə (birincili struktur) görə fərqlənir. Lakin hemoqlobinin dördüncülü
strukturunda da müəyyən fərqlər ola bilər. Qanda hemoqlobinin bir neçə
fraksiyasının aşkar edilməsi hemoqlobinin
heterogenliyi adlanır. Heterogen-
liyin həm normal (fizioloji), həm də patoloji formaları vardır. Bunlar qanda
hemoqlobinin fizioloji və anormal tiplərinin olması ilə əlaqədardır. Hemo-
188
qlobinin fizioloji tipləri normal orqanizmdə ontogenezin müxtəlif mərhə-
lələrində sintez edilir, anormal hemoqlobinlər isə orqanizmdə sintez edilən
qlobin zəncirinin strukturunun genetik pozulması nəticəsində törənir və belə
hemoqlobin molekullarında aminturşu qalıqlarının tərkibi və düzülüşü fizioloji
hemoqlobinlərdəkindən fərqlənir.
Hemoqlobinin fizioloji tipləri bir-birindən qlobinin struktur monomer-
lərinin növlərinə görə fərqlənir; bu monomerlərin müxtəlif tipləri insan
orqanizmində ontogenezin müxtəlif mərhələlərində (embrional inkişaf dövrün-
dən yetkinlik yaşına qədər) sintez edilir.
Embrional inkişaf dövründə və dölün inkişafının ilk həftələrində (bətnda-
xili
inkişafın 18-ci həftəsinə qədər) qanyaradıcı sistemdə ilkin və ya primitiv
hemoqlobin sintez edilir (ingiliscə:
primitive –
sadə). Bu hemoqlobinin Hb
Gover
1
və Hb Gover
2
adlanan növləri vardır. Bunlar embrionun yumurta sarısı
kisəsində yerləşən qanyaranma mərkəzlərində sintez edilir. Embrional inkişafın
ilk mərhələlərində sintez edilən hemoqlobinin zülal hissəsi 4 ədəd
-polipeptid
zəncirindən ibarət olur; buna Gover
1
hemoqlobini (Hb Gover
1
) deyilir. Bundan
bir qədər sonra (embrionun uzunluğu 2,5 sm-ə yaxın olan dövrdə) embrionun
qanyaradıcı sistemində
-polipeptidi sintez edilməyə başlayır. Bu dövrdə
primitiv hemoqlobinin nisbətən yetkin forması olan Gover
2
hemoqlobini əmələ
gəlir; bu hemoqlobinin tərkibində iki
- və iki
- polipeptidi olur.
Bətndaxili inkişaf dövrünün 3-cü ayının sonunda primitiv hemoqlobinin
sintezi dayanır. Buna görə, yeni doğulmuş uşağın qanında primitiv hemo-
qlobinin olması inkişaf anomaliyası hesab edilir.
Bətndaxili inkişafın 3-cü ayının axırında qanyaranmanın yumurta sarısı
kisəsi mərhələsi qaraciyər mərhələsi ilə əvəz olunur. Bu dövrdə orqanizmdə
-
polipeptidinin sintezi dayanır və onun əvəzində qaraciyərdə
-polipeptidi sintez
edilir; primitiv hemoqlobin isə döl hemoqlobini və ya fetal hemoqlobinlə
(HbF) əvəz olunur (latınca:
foetus –
döl). Bu hemoqlobinin zülal hissəsi iki
-
və iki
-polipeptid zəncirindən ibarət olur. Fetal hemoqlobin oksigenlə adi
hemoqlobinə nisbətən asan birləşir və onun oksigenlə birləşməsi (HbF
·
O
2
)
çətinliklə dissosiasiyaya uğrayır.
Bətndaxili inkişaf dövrünün sonu yaxınlaşdıqca, döl orqanizmində qan-
yaranmanın qaraciyər mərhələsi tədricən sümük iliyi mərhələsi ilə əvəz
edilməyə başlayır. Bu dövrdə “yetkin” hemoqlobinin sintezi sürətlənir; buna A
hemoqlobini (HbA) deyilir (ingiliscə:
adultus –
yetkin, böyük yaşlı). Yeni-
doğulma dövründə qanda fetal hemoqlobin 70-90%, 1 yaşdan sonrakı dövrdə
isə 1-2% olur; buna müvafiq olaraq, A hemoqlobininin miqdarı artır. Yetkin
yaşlı şəxslərin qanında 95-96% HbA
1
, 2-3% HbA
2
və 2%-ə qədər HbF olur. A
1
və A
2
hemoqlobinləri bir-birindən polipeptid zəncirlərinin növünə görə
fərqlənir. A
1
hemoqlobininin strukturu haqqında yuxarıda məlumat verilmişdir.
Bu, hemoqlobinin ən tipik forması hesab edilir. Molekuluna iki
- və iki
-
polipeptid zənciri daxil olan A
1
hemoqlobini Hb
2
2
kimi işarə edilir. A
2
he-
moqlobinin molekulunda
-polipeptid zəncirlərinin əvəzində
-zəncirlər olur
–
Hb
2
2
.
-Polipeptid birincili strukturuna görə
-polipeptidə oxşardır, lakin
onun tərkibində 10 aminturşu qalığı
-polipeptiddəkindən fərqlənir.
189
İnsan qanında hemoqlobinin heterogenliyinin 3 tipi ayırd edilir:
1.