193
zülalın əzələlərdə yayıldığını və qlobulinlər sinfinə daxil olduğunu ifadə edir.
Mioqlobin kimyəvi tərkibinə görə, xromoproteinlərin nümayəndəsidir.
Hemoqlobindən fərqli olaraq, mioqlobinin molekulunda yalnız 1 ədəd dəmir
atomu olur. Lakin mioqlobinin molekuluna da dəmir atomu hemoqlobindəki
kimi, IX protoporfirinin birləşməsi (hem) şəklində daxil olur. Mioqlobin
molekulunun zülal hissəsi həm kütlə ədədinə, həm də tərkibindəki aminturşu
qalıqlarının ardıcıllığına görə, hemoqlobindən fərqlənir. Müxtəlif heyvanların
əzələlərində olan mioqlobinlərin orta molekul kütləsi 17500, molekul struk-
turuna daxil olan aminturşu qalıqlarının sayı isə 153-dür. Mioqlobinin birincili
strukturu növ spesifikliyinə malik olur, yəni müxtəlif heyvan növlərinin
mioqlobinləri aminturşu qalıqlarının ardıcıllığına görə həm bir-birindən, həm
də insan mioqlobinindən fərqlənir. Hemoqlobindən fərqli olaraq, mioqlobinin
tərkibində sistein və sistin qalıqlarına təsadüf edilmir. Mioqlobinin ikincili
strukturunun 70%-ə qədəri spirallaşmış vəziyyətdədir. Onun molekuluna 8
ədəd sağ istiqamətli
-spiraldan ibarət olan seqment daxildir. Mioqlobin hemo-
qlobinin eyni birləşmələrinə uyğun gələn oksimioqlobin, karboksimioqlobin və
metmioqlobin kimi birləşmələr əmələ gətirə bilir.
Mioqlobinin oksigenə həssaslığı hemoqlobindən artıqdır. Hemoqlobinin
50%-nin oksihemoqlobinə çevrilməsi üçün oksigenin parsial təzyiqi 20
mm.c.st. təzyiqinə bərabər (2,6 kPa) olmalıdır, mioqlobinin eyni miqdarı isə
pO
2
=3,3mm/c.st. (0,43 kPa) olduqda oksimioqlobinə çevrilir.
Mioqlobinin qanla əzələlərə gətirilən oksigeni özünə birləşdirmək və
ehtiyat üçün saxlamaq xassəsi qısamüddətli oksigen çatışmazlığı şəraitində
maddələr mübadiləsinin gedişinin təmin edilməsinə şərait yaradır. Suda
yaşayan məməlilərin (suiti, balina və s.) orqanizmində mioqlobinin miqdarının
çox olmasının böyük bioloji əhəmiyyəti vardır. İtin ürək əzələsində 0,5% (quru
kütləyə görə) mioqlobin olduğu halda, suitinin ürək əzələsində bu zülalın miq
-
darı 7,7%-ə qədərdir. Suiti orqanizmində toplanan oksigenin təxminən yarısı
hemoqlobinlə, yarısı isə mioqlobinlə birləşmiş vəziyyətdə olur. Oksimio-
qlobinin miqdarının çox olması suda yaşayan məməlilərə uzun müddət suyun
altında qalmaq imkanı verir.
Dostları ilə paylaş: