Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə21/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   137
Biokimyanın əsasları I cild

 
 
2.2.2. MONOSAXARİDLƏRİN KİMYƏVİ TÖRƏMƏLƏRİ 
Monosaxaridlərə orqanizmin toxumalarının tərkibində həm sərbəst şəkildə, 
həm də müxtəlif kimyəvi birləşmələrin tərkibində rast gəlinir. Onların müxtəlif 
törəmələri maddələr mübadiləsinin aralıq mərhələlərində əmələ gəlir, sonra isə 
ya katabolizmə uğrayaraq, orqanizmin enerji ilə təminatında iştirak edir, ya da 
daha irimolekullu maddələrin sintezinə sərf edilirlər. Orqanizmdə geniş yayıl-
mış monosaxarid törəmələrinin əsas qrupları aşağıdakılardır.
1.
 
Monosaxaridlərin fosfat efirləri

maddələr mübadiləsində mühüm 
rolu olan birləşmələrdir. Bu efirlərin əmələ gəlməsini sxematik şəkildə aşağı-
dakı kimi təsvir etmək olar.
 
Triozalar
heyvan toxumalarında maddələr mübadiləsinin aralıq mərhə-
lələrində yalnız fosfat efirləri şəklində əmələ gəlir. 
Tetrozaların
və heptozaların 


41 
fosfat efirlərinin (eritroza-4-fosfat, sedoheptuloza-7-fosfat) bir sıra biokimyəvi 
proseslərdə mühüm rolu olduğu sübut edilmişdir. 
Pentozaların 
(xüsusən riboza 
və dezoksiriboza) fosforlu birləşmələri bioloji cəhətdən çox böyük əhəmiyyəti 
olan nuklein turşularının tərkibinə daxildir. Ribozanın fosforlu törəmələrindən 
riboza-5-fosfat, riboza-1,5-difosfat və 5-fosforibozil-1-pirofosfat purin və 
pirimidin əsaslarının biosintezinin aralıq məhsullarıdır. Bunlardan birincisi 
orqanizmdə qlükozanın pentozamonofosfat tsikli üzrə oksidləşməsi prosesində 
yaranır və digər iki fosforlu efirin sintezi üçün ilkin substrat funksiyası daşıyır.
Heksozaların mono- və difosfat efirlərinin maddələr mübadiləsində mühüm 
rolu vardır. Bunlardan qlükoza-1-monofosfat, qlükoza-6-monofosfat, qlükoza-
1,6-difosfat, fruktoza-6-monofosfat və fruktoza-1,6-difosfat efirlərinə insan və 
heyvan toxumalarında daha çox rast gəlinir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin