57
Aqar-aqar qızdırılma zamanı həll olur. Onun məhlulları otaq temperatu-
runda gelə çevrilir. Aqar-aqardan bakterioloji tədqiqatlar zamanı qidalı mühit
kimi istifadə edilir, qənnadı sənayesində isə ondan jele və marmelad hazırlanır.
Xitin
–
struktur polisaxaridlərinin bir növüdür; buğumayaqlıların və bəzi
başqa onurğasız heyvanların xarici skeletinin tərkibinə daxildir.
Xitinə göbələklərin hüceyrə qişalarının tərkibində də rast gəlinir. Kimyəvi
strukturuna görə, xitin bir-birilə 1,4-
-qlikozid rabitələri vasitəsilə birləşmiş N-
asetil qlükozamin qalıqlarından ibarət olan polimerdir.
Xitin adətən zülallarla, lipidlərlə, piqment maddələri ilə və qeyri-üzvi
duzlarla (kalsium birləşmələri) rabitəli şəkildə olur, suda və üzvi həlledicilərdə
çox çətinliklə həll olur. Bu polisaxarid müxtəlif canlıların orqanizmində
mexaniki, istinad və mühafizəedici funksiyaları daşıyır.
Dostları ilə paylaş: