64
efirləri) aiddir.
F i z i o l o j i f u n k s i y a l a r ı n a görə, lipidlərin
ehtiyat, struktur
və
bioloji aktivliyə malik olan
növləri vardır.
Ehtiyat lipidlər xüsusi piy
toxumalarında və hüceyrələrdə toplanır və lazım gəldikdə orqanizmin enerjiyə
ehtiyacının ödənilməsinə sərf edilir. Bunlar orqanizmin ən əsas enerji mənbəyi
-
dir. Orqanizm hər 1 q ehtiyat lipidin oksidləşməsi zamanı 39 kc (9,3kkal) enerji
əldə edir ki, bu da karbohidratların eyni miqdarının verdiyi enerjidən 2 dəfədən
də artıq çoxdur. Ehtiyat lipidlər adətən asilqliserin strukturuna malik olur.
Lipidlərin
mühafizəedici
əhəmiyyəti də vardır: dərialtı piy toxumasına toplanan
lipidlər istilik izolyatoru olmaqla, orqanizmi soyuğun təsirindən mühafizə edir.
Bu funksiyanın xüsusən qütb zonasının yaxınlığında yaşayan dəniz heyvanları
üçün böyük əhəmiyyəti vardır.
Struktur lipidləri
bioloji membranların, bitki və
həşəratların mühafizəedici örtüklərinin və onurğalı heyvanların dərisinin struk-
turuna daxil olur.
İnsan orqanizminin ümumi kütləsinin 10-20%-ni lipidlər təşkil edir. Orta
bədən kütləsinə malik olan insan orqanizmində 10-12 kq lipid olur; əsasən
bioloji membranların tərkibinə daxil olan struktur lipidlərinin miqdarı 2-3 kq-
dır. Orqanizmdəki lipidlərin qalan hissəsi isə ehtiyat üçün saxlanır. Ehtiyat
lipidlərin 98%-ə qədəri piy toxumasında olur. Hüceyrə membranlarının ümumi
kütləsinin 40%-ə qədərini lipidlər təşkil edir. Struktur
lipidləri müxtəlif toxu-
malar arasında qeyri-bərabər paylanır. Sinir toxumasında bu lipidlərin miqdarı
daha çoxdur (ümumi miqdarın 20-25%-i qədər).
Kimyəvi strukturlarına və fiziki-kimyəvi xassələrinə görə lipidlər qrupuna
aid olan bir sıra birləşmələr (prostaqlandinlər, yağda həll olan vitaminlər, ubixi-
non, bəzi kofermentlər) orqanizmin funksiyalarının və biokimyəvi proseslərin
tənzimində iştirak edirlər. Lipidlərin
tənzimedici funksiyası
bundan ibarətdir.
Yuxarıda verilən təsnifatların (struktur-kimyəvi, fiziki kimyəvi, funk-
sional) hər birinin müəyyən üstün cəhətləri vardır. Lakin onların heç biri toxu-
malardan alınan lipid fraksiyalarının tərkibini tam dolğunluğu ilə əks etdirmir.
Bizim
fikrimizcə, lipidlərin müxtəlif növlərinin struktur-kimyəvi və fiziki-
kimyəvi fərqlərini aydın təsəvvür etmək üçün, onları öyrənərkən adı çəkilən ilk
iki təsnifatın kombinasiyasından istifadə etmək daha əlverişlidir. Biz bu
prinsipə əsaslanaraq, lipid fraksiyasına daxil olan birləşmələri aşağıdakı 4
qrupa bölməyə üstünlük veririk (sxem 3.1).
1. L i p i d m o n o m e r l ə r i: bu qrupa
aid olan birləşmələr həqiqi
lipidlərin hidrolizi zamanı alınan məhsullardır. Lakin toxumalarda həmin
birləşmələrin müəyyən hissəsinə sərbəst halda da təsadüf edilir;
2. T ə k k o m p o n e n t l i l i p i d l ə r
–
hidroliz reaksiyasına uğramayan
üzvi birləşmələrdir.
3. Ç o x k o m p o n e n t l i l i p i d l ə r: bu qrupa aid olan lipidlər hidroliz
olunduqda 2 və daha artıq xırdamolekullu birləşməyə parçalanır. Hidroliz məh-
sullarının növlərinə görə, bu qrupu 2 yarımqrupa
–
sadə
və
mürəkkəb lipidlərə
bölmək olar; birinci yarımqrupa hidroliz məhsulları arasında yalnız üzvi turşu-
lar və spirtlər (əsasən qliserin, nisbətən az hallarda isə ikiatomlu və ya təkatom-
lu spirtlər) olan hidrofob xassəli üzvi birləşmələr daxildir. Mürəkkəb lipidlərin
isə hidroliz məhsulları arasında sadə lipidlərin komponentlərindən əlavə, fosfat
turşusu, azot əsasları (xolin, serin, kolamin və s.) və b. maddələr aşkar edilir.