Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


Ali alifatik spirtlər, aldehidlər və ketonlar



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə44/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   137
Biokimyanın əsasları I cild

Ali alifatik spirtlər, aldehidlər və ketonlar. 
Bunlar karbohidrogenlərin 
oksi-törəmələridir. Əksər hallarda çoxkomponentli lipidlərin tərkibində, bəzən 
isə sərbəst halda olurlar. Ali alifatik spirtlər mumların tərkib hissələridir. 
Bunlara setil spirtini (C
16
H
33
OH) misal göstərmək olar. Ali alifatik aldehidlər 
piy turşularının reduksiya məhsullarıdır; bunlar piy toxumalarının tərkibində 
həm sərbəst, həm də birləşmiş şəkildə ola bilər. Doymamış alifatik aldehidlərə 
asetalfosfatidlərin tərkibində təsadüf edilir. Ali alifatik ketonlar sərbəst halda 
bakteriya lipidlərinin tərkibində olur; həşərat orqanizmlərinin bəzi bioloji aktiv 
maddələrinin (feromonların) tərkibində ali alifatik ketonların şaxələnmiş 
molekul zəncirinə malik olan növləri aşkar edilmişdir.
Ali çoxatomlu spirtlər. 
Molekul strukturuna bir neçə hidroksil qrupu daxil 
olan kifayət qədər irimolekullu karbohidrogen törəmələri (ali poliollar) lipid 
monomerlərinin olduqca kiçik qrupunu təşkil edir. Bunlar mikroorqanizmlərdə 
nisbətən çox yayılmışdır və sadə və mürəkkəb diol lipidlərinin əmələ 
gəlməsində iştirak edir.
Ali aminspirtlər.
Lipid monomerləri arasında ali aminspirtlərin 2 növünə 
təsadüf edilir. Sfinqolipidlərin tərkibinə daxil olan bu birləşmələrdən biri 
sfinqozin, digəri isə dihidrosfinqozin adlanır. Adlarından məlum olduğu kimi, 
bu aminspirtlərin kimyəvi strukturlarında oxşarlıq vardır: sfinqozin doymamış 
aminspirtdir; dihidrosfinqozin isə birincinin hidrogenləşmiş (doymuş) forma-
sıdır.


72 

 

Sfinqozin Dihidrosfinqozin 
 
Ali karbohidrogenlər.
Bu qrupa daxil olan birləşmələri lipidlərin ən sadə 
strukturlu formaları (təkkomponentli lipidlər) hesab etmək olar. Müxtəlif 
mikroorqanizmlərdə ali karbohidrogenlərin normal, şaxəli molekul zəncirinə 
malik olan və doymamış formalarına rast gəlmək mümkündür. Yüksəktəka-
müllü canlılar üçün bu birləşmələrin əhəmiyyəti yoxdur.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin