Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə49/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   137
Biokimyanın əsasları I cild

3.3.2. MUMLAR 
 
Mumlar 

irimolekullu biratomlu spirtlərlə piy turşularının mürəkkəb 
efirləridir. Onların molekullarına çox vaxt alifatik sıradan olan karbohidrogen-
lərin spirt törəmələri, az hallarda isə aromatik spirtlər daxil olur. Bundan əlavə, 
təbii mənbələrdən alınan mumların tərkibində bir qədər uzun molekul zəncirinə 
malik olan spirtlər, sərbəst piy turşuları, doymuş karbohidrogenlər, ətirli 
maddələr və boyaq maddələri ola bilər. Bu spirtlərin və piy turşularının 
molekullarında karbon atomlarının sayı müvafiq surətdə 22-dən 32-yə qədər və 
14-dən 34-ə qədər ola bilər; alifatik sıradan olan karbohidrogenlərin molekul 
zəncirinə isə 21-37 karbon atomu (o cümlədən təksaylı) daxil olur. Adı çəkilən 
qarışıqların ümumi miqdarı mumun kütləsinin 50%-ə qədərini təşkil edə bilər. 
Mumların tərkibində həm adi piy turşuları (stearin turşusu, palmitin turşusu və 
s.), həm də neytral yağ və piylərin tərkibinə daxil olmayan irimolekullu üzvi 
turşular aşkar edilir. Serotin turşusu (C
25
H
51
COOH), montan turşusu 
(C
27
H
55
COOH) və b. bunlara misal ola bilər. Mumların tərkibində aşkar edilən 
irimolekullu spirtlərdən setil spirti 

C
16
H
33
OH və miritsil spirti C
31
H
63
OH 
nisbətən ətraflı tədqiq edilmişdir.
Mumlara heyvanların, bitkilərin və bəzi mikroorqanizmlərin tərkibində 
təsadüf edilir. Bu birləşmələrin orqanizm üçün mühafizəedici əhəmiyyəti 
vardır. Mumlar heyvan və quşların dərisində, yununda və lələklərində müha-
fizəedici örtük təşkil edir, bir sıra həşəratların xarici skeletini, bitkilərin göv-
dəsini, yarpaqlarını, meyvə və toxumlarını əhatə edir. Bu örtük vasitəsilə canlı-
ların orqanizmi rütubətin təsirindən qorunur, eyni zamanda onlara müxtəlif 
mikroorqanizmlərin daxil olmasının, isti iqlim şəraitində isə qurumanın qarşısı 
alınır.
Heyvan mənşəli mumların ən geniş yayılmış və nisbətən əhəmiyyətli 
növləri arı mumu, spermaset və lanolindir.
Arı mumu
işçi arıların xüsusi vəzilərində hazırlanır. Onun tərkibində 
miritsil spirti ilə palmitin turşusunun mürəkkəb efirinin (miritsilpalmitat) 
miqdarı xüsusilə çox olur, lakin eyni zamanda digər mürəkkəb efirlərə, sərbəst 
alifatik spirtlərə və karbohidrogenlərə də rast gəlinir. Bundan əlavə, arı mu-
munun tərkibində müəyyən qədər ona spesifik iy və rəng verən üzvi birləş-
mələr və qeyri-üzvi maddələr də olur. Arı mumundan xalq təsərrüfatının müx-
təlif sahələrində, o cümlədən əczaçılıq sənayesində istifadə edilir. Ondan bəzi 
məlhəm və kremlər hazırlanır.
Spermaset
balina və delfinlərin kəllə boşluğundan alınır. Bu dəniz hey-
vanlarının kəllə boşluğunda xüsusi fibroz kisədə toplanan spermaset ultrasəs 
dalğalarının ötürücüsü funksiyasını yerinə yetirir. Onun ümumi kütləsinin 


82 
90%-ə qədərini setil spirti ilə palmitinin mürəkkəb efiri təşkil edir. Eyni 
zamanda spermasetin tərkibində laurin turşusunun (C
11
H
23
COOH) və miritsil 
spirtinin mürəkkəb efirləri də olur. Spermasetdən kosmetik məlhəmlərin, bəzi 
dərmanların və şamların istehsalında xammal kimi istifadə edilir.
Lanolin

qoyun yununun xarici səthini örtən mumdur. Kimyəvi tərkibinə 
görə, lanolin steridlər qrupuna aiddir. Onun tərkibində əsasən iki növ sterinin 

lanosterin və aqnosterinin piy turşuları ilə mürəkkəb efir birləşmələri olur. 
Lanolindən bəzi dərman və məlhəmlərin istehsalında istifadə edilir.
Mumlar neytral reaksiyalı amorf kütlədən ibarətdir. Onlar triqliserinlərdən 
çətinliklə hidroliz olunmalarına görə fərqlənirlər. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin