Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə50/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   137
Biokimyanın əsasları I cild

3.3.3. STERİDLƏR 
 
Steridlər 

sterinlərlə (sterollarla) piy turşularının mürəkkəb efirləridir. Zo
-
osterinlərin nümayəndəsi olan xolesterinin üzvi turşularla birləşmələri 

xoles
-
teridlər canlılar aləmində daha geniş yayılmışdır. Heyvan mənşəli ərzaq məh
-
sullarının (yumurta sarısı, kərə yağı, yağlı qoyun, mal və donuz əti və s.) 
tərkibində müəyyən qədər xolesterin olur. İnsan və heyvan orqanizmində 
xolesterinin 60-70%-i efir (xolesteridlər) şəklində olur. Xolesteridlər qan 
lipoproteinlərinin tərkibinə daxil olur və bu fraksiya vasitəsilə orqanizmin 
toxumalarına nəql edilir.
Yuxarıda göstərildiyi kimi, qoyun yununun tərkibində olan lanolin adlı 
mumabənzər maddə də kimyəvi strukturuna görə steridlərin bir növüdür. 
Bitkilərdə isə 

-sitosterinin, stiqmasterinin və erqosterinin mürəkkəb efirlərin-
dən ibarət olan steridlərə rast gəlinir. Bütün steridlər 

rəngsiz, bərk maddə-
lərdir; onların adları da bərk konsistensiyalı olmaları ilə əlaqədardır (latınca: 
steros – 
bərk). 
3.4. MÜRƏKKƏB LİPİDLƏR 
Mürəkkəb lipidlər sadə lipidlərdən molekul strukturuna daxil olan 
komponentlərinə görə fərqlənir: onların tərkibinə lipidlərə aid olmayan 
xırdamolekullu maddələrin (fosfat turşusu qalığı, azotlu üzvi maddələr, 
karbohidratlar və s.) qalıqları olur. Mürəkkəb lipidlərin çox yayılmış növlərini 
2 qrupa bölmək olar: 1) fosfolipidlər; 2) qlikolipidlər. 
3.4.1. FOSFOLİPİDLƏR 
 
Fosfolipidlər 

molekul strukturuna fosfat turşusu qalığı daxil olan 
birləşmələrdir. Onların tərkibinə ya qliserin, ya da sfinqozin adlı biratomlu 
spirt, piy turşuları, fosfat turşusu və polyar strukturlu xırdamolekullu birləşmə 
qalığı daxil olur. Bu komponentlər bir-birinə mürəkkəb efir rabitəsi vasitəsilə 
birləşir. Əvvəllər bu birləşmələrə fosfatidlər deyilirdi. Bu termin Beynəlxalq 
Nomenklatura Komitəsinin tövsiyəsi ilə “
fosfolipidlər
” termini ilə əvəz 
edilmişdir.


83 
Fosfolipidlər heyvan və bitki orqanizmlərində geniş yayılmışdır, mikro-
orqanizmlərdə isə lipidlərin ümumi kütləsinin əsas hissəsini təşkil edir. Piy və 
yağlardan fərqli olaraq, fosfolipidlərin əsas hissəsi hüceyrə membranlarının 
strukturuna daxil olur; onların yalnız cüzi hissəsi ehtiyat üçün toplanır. Beyin 
toxuması, ürək, qaraciyər, yumurta sarısı, balıq kürüsü və bitkilərin toxumaları 
fosfolipidlərlə zəngindir. İnsanın və onurğalı heyvanların sinir toxumasında 
fosfolipidlərin miqdarı xüsusilə çoxdur.
Fosfolipidlər hüceyrələrin sitoplazmatik membranlarının və hüceyrə 
orqanoidlərinin (nüvə, endoplazmatik şəbəkə, ribosomlar, mitoxondrilər) mem-
branlarının əsasını təşkil edir. Müxtəlif maddələrin (xüsusən piy və yağların) 
bir toxumadan digərinə daşınmasında fosfolipidlərin mühüm rolu vardır. Onlar 
çox vaxt zülallarla kompleks birləşmə (fosfolipoprotein) şəklində olurlar.
Fosfolipidlərlə lipidlərin digər növləri arasında müəyyən oxşarlıq vardır. 
Lakin bəzi fiziki-kimyəvi xassələri onları digər lipidlərdən fərqləndirir. Bu 
birləşmələrin müxtəlif növlərinin üzvi həlledicilərdə həllolma qabiliyyəti eyni 
deyil: bəziləri efirdə, bəziləri benzolda, digərləri isə etil spirtində həll ola bilir. 
Lakin fosfolipidlər adətən asetonda həll olmur. Bu, fosfolipidlərin molekulla-
rındakı polyar kimyəvi radikallarla izah edilir. Fosfolipidlərin həllolma qa-
biliyyətindəki fərqli cəhətlərdən onları lipidlərin başqa növlərindən ayırmaq 
məqsədilə istifadə edirlər.
Fosfolipidlər suda həll olmur, lakin uzun müddət su mühitində saxlanıldıq
-
da şişirlər; onlar hava oksigeninin təsiri altında tədricən oksidləşib rənglərini 
dəyişirlər (sarımtıl-yaşıl və ya qəhvəyi rəng alırlar). Bu, fosfatidlərin struktu-
runda ikiqat rabitələrin olması ilə izah edilir. Kimyəvi strukturlarına görə, fos-
folipidləri 2 qrupa bölmək olar: 1) 
qliserofosfolipidlər
; 2) 
sfinqofosfolipidlər

Aşağıda bu qruplar haqqında məlumat verilir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin