Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə58/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   137
Biokimyanın əsasları I cild

CH
3
 


91 
COOH, 
nervon

CH
3

(CH
2
)
7

CH=CH

(CH
2
)
13

COOH və hidroksinevron 
turşuları aşkar edilmişdir. Serebrozidlərin bir qrupunun molekul strukturunda 
sulfat radikalları da olur. Bunlara sulfolipidlər və ya sulfoserebrozidlər (və ya 
sulfoqalaktozidlər) deyilir. 
Sulfoserebrozidlərin molekul strukturunda sulfat turşusu qalığı qalakto-
zanın 3-cü karbon atomu ilə rabitəli olan hidroksil radikalına birləşir. Onlar 
kəskin turş reaksiyalı olur və kationlarla asanlıqla birləşir. Belə güman edilir 
ki, sulfoserebrozidlər (sulfolipidlər) kationların sinir hüceyrələrinin və liflərinin 
membranlarından keçirilməsinə yardım göstərir. Buna görə, sinir sisteminin 
normal elektrokimyəvi potensiallarının yaranmasında sulfolipidlərin mühüm 
rolu vardır.
2. Seramidoliqosaxaridlər

qlikosfinqolipidlərin molekul strukturuna 
heterooliqosaxaridlər daxil olan formalarıdır. Kimyəvi strukturuna görə
seramidtrisaxaridlər, seramidtetrasaxaridlər və b. ayırd edilir. Bunların mole-
kullarında oliqosaxaridlərlə seramid arasında qlikozil rabitəsi olur.
3. Qanqliozidlər

kimyəvi strukturlarına görə seramidoliqosaxaridlərə 
bənzəyir. Lakin bunların molekul strukturunda bir və ya bir neçə sial turşusu 
qalığı da olur. Qanqliozidlər serebrozidlərdən fərqli olaraq, beynin boz 
maddəsində toplanır. Boz maddədə olan lipidlərin 6%-ə qədərini qanqliozidlər 
təşkil edir. İnsan beynində aşkar edilən qanqliozidlərin tərkibində olan sial 
turşularının əsas növü 

N-asetilneyramin turşusudur.
Molekul strukturuna 
daxil olan neyramin (sial) turşularının sayına görə, monosialqanqliozidlər, 
disialqanqliozidlər, trisialqanqliozidlər və s. ayırd edilir. Onların tərkibində 
seramid (asil-sfinqozin) və N-asetilneyramin turşusundan başqa, d-qalaktoza, 
N-asetilqlükozamin və N-asetilqalaktozamin qalıqları olur. Neyramin turşu-
larının sayı 1-dən 5-ə qədər ola bilər. Qanqliozidlərin strukturuna daxil olan 
seramid çox vaxt sfinqozinlə stearin turşusunun birləşməsi şəklində olur. Aşa-
ğıda insan bağırsağının epitel hüceyrələrinin membranında aşkar edilmiş 
qanqliozidlərdən birinin sxematik strukturu təsvir edilmişdir. Bu qanqliozid 
vəba toksininin reseptorudur.
Sxemdən göründüyü kimi, qanqliozidlər karbohidrat komponenti ilə zəngin 
olan mürəkkəb lipidlərdir. Molekullarına daxil olan karboksil qrupları 
qanqliozidlərə kəskin turş xassə verir. Əsasən beynin boz maddəsinin hücey-
rələrində və neyroqliya hüceyrələrində toplansalar da, qanqliozidlərə orqa-
nizmin digər hüceyrələrinin membranlarında da təsadüf edilir. Onlar başlıca 
olaraq, membran reseptoru funksiyası daşıyırlar. 
Серамид (
N-
асилсфингозин)
Глцкоза
Галактоза
N-
Асетилгалак

тозамин
Галактоза
Нейрамин туршусу


92 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin