Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə66/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   137
Biokimyanın əsasları I cild

Zülalların molekul kütləsi
geniş hüdudda dəyişir. Orqanizmdə təsadüf 
edilən peptid strukturlu maddələri molekul kütləsinə görə 3 qrupa bölmək olar: 
1) 
peptidlər

molekul zəncirinə 2-dən 10-a qədər aminturşu qalığı daxil olan 
birləşmələrdir; 2) 
polipeptidlər

10-dan 50-yə qədər aminturşunun birləş-
mələridir; 3) 
zülallar

molekulu 50-dən artıq aminturşu qalığından ibarət olan 
irimolekullu biopolimerlərdir. 
Peptidlərin molekul kütləsi 1000-ə yaxın, polipeptidlərin molekul kütləsi 


99 
5000-ə qədər, zülalların eyni göstəricisi isə 5-6 mindən bir neçə milyona qədər 
olur. 4.5-ci cədvəldə bəzi polipeptid və zülalların molekul kütləsi və tərkibində 
olan aminturşu qalıqlarının sayı verilmişdir. 
 
Cədvəl 4.5 
Bəzi polipeptid və zülalların molekul kütləsi və tərkibində olan
aminturşu qalıqlarının sayı 
 
Polipeptid və ya zülal
 
Molekul kütləsi
 
Aminturşu qalıqlarının sayı
 
Qlükaqon 
İnsulin 
Parathormon (paratirin) 
Ribonukleaza 
Mioqlobin 
Hemoqlobin 

- amilaza
3485 
6000 
9500 
12640 
16890 
64500 
97600 
29 
51 
84 
124 
153 
574 
məlum deyil
 
Zülal molekulları 
struktur
 
mürəkkəbliyinə görə, molekul zənciri yalnız bir 
aminturşu növündən ibarət olan təbii və sintetik mənşəli irimolekullu 
polipeptidlərdən fərqlənir. Zülallar peptid zəncirlərini hidroliz edə bilməyən 
müxtəlif fiziki və kimyəvi amillərin təsiri nəticəsində denaturasiyaya uğrayır 
və bioloji funksiyalarını itirirlər; molekulu eyni aminturşu qalıqlarından ibarət 
olan polipeptidlərlə aparılan təcrübələr zamanı isə denaturasiya hadisəsi 
müşahidə edilmir. Yalnız zülallar üçün səciyyəvi olan bu xassələr onların 
molekullarının fəza konfiqurasiyasının mürəkkəbliyi ilə əlaqədardır.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin