Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə82/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   137
Biokimyanın əsasları I cild

6.
 
Tsiklik aminturşular və iminturşular
(fenilalanin, tirozin, triptofan, 
histidin, prolin). L - f e n i l a l a n i n bütün zülalların tərkibində olur. 
Məhlulda zülal olduğunu göstərən ksantoprotein reaksiyasını əsasən fenilalanin 


121 
qalıqları törədir. Antibiotiklərdən qramisidinin və tirosidinin tərkibinə
D-fenilalanin daxildir. L-fenilalanindən fərqli olaraq, D-fenilalaninə canlı 
təbiətdə sərbəst şəkildə təsadüf edilmir. 
L-T i r o z i n təbiətdə ən geniş yayılmış aminturşulardan biridir. 
Protaminlərin bəzi növləri müstəsna olmaqla, bütün zülalların tərkibində 
tirozin qalıqları olur. Tirozin heyvan və insan orqanizmində bəzi hormonların 
(tiroksin, triyodtironin, adrenalin, noradrenalin), bitkilərdə isə alkaloidlərin 
(morfin, kodein, papaverin) sintezi zamanı ilkin material kimi istifadə edilir. 
Dəridə və tüklərdə olan melanin piqmenti tirozinin oksidləşmə məhsuludur. 
L-T r i p t o f a n
,
demək olar ki, bütün zülalların tərkibində olur. Lakin 
taxıl bitkilərinin dənlərində olan zülalların tərkibində bu aminturşunun miqdarı 
cüzi dərəcədədir. Toxumalarda triptofandan nikotin turşusunun sintezi üçün 
ilkin material kimi istifadə edilir. Zülalların turş mühitdə hidrolizi zamanı 
triptofan parçalanır.
L-H i s t i d i n 

qələvi xassəli aminturşular qrupuna daxildir. 
Hemoqlobinin zülal hissəsində (qlobin) histidin xüsusilə çox olur; bir sıra 
fermentlərin aktiv mərkəzlərində histidin aşkar edilmişdir.
L-P r o l i n 

iminturşular qrupunun nümayəndəsidir. Kollagen, elastin, diş 
minası zülalları və taxıl bitkilərinin toxumlarının tərkibinə daxil olan zülallar 
prolinlə xüsusilə zəngindir. Prolin tsiklopeptid strukturlu bəzi antibiotiklərin 
(qramisidin, lixeniformin, aktinomisin D) tərkibinə daxildir. L-Prolinin 
oksidləşmiş törəməsi olan
L-hidroksiprolin
hüceyrə membranı zülallarının, 
jelatinin və kollagenin tərkibində daha geniş yayılmışdır. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin