142
miqdarı C-dən, C aminturşusunun miqdarı isə Ç-dən artıq olacaqdır. Buna
əsaslanaraq, aminturşuların hansı sürətlə ayrılmasını aydınlaşdırmaqla, onların
peptid zəncirindəki ardıcıllığı haqqında nəticə çıxarmaq olar.
Yuxarıda təsvir edilən kimyəvi və fermentativ üsullar yalnız yeganə peptid
zəncirinin və ya eyni peptid zəncirlərinə malik olan zülal molekullarının
tədqiqi zamanı düzgün nəticə verə bilər. Bir sıra zülalların tərkibində peptid
zəncirlərinin sayı ilə sərbəst şəkildə olan amin qruplarının sayı bir-birinə
bərabər olur. Lakin sərbəst amin qruplarına malik olmayan zülallar da vardır
(məsələn, sitoxrom C-nin apoferment hissəsi, ovalbumin və s.). Bu zülalların
bəzilərinin başlanğıc hissəsində yerləşən amin qrupları asetilləşmiş vəziyyətdə
olur. Bəzi zülallarda isə molekulun uc hissəsində piroqlutamin (pirrolidon-
karbon) turşusu yerləşir. Adı çəkilən birləşmə molekulunun başlanğıc hissə-
sində qlutamin turşusu olan zülalların tərkibində, onların sintezindən sonrakı
dövrdə əmələ gəlir. Bu zaman əvvəlcə qlutamin turşusunun ikinci karboksil
qrupu ammonyakla reaksiyaya girir; nəticədə qlutamin turşusu qalığı qlutamin
qalığına (qlutamin turşusunun amidi) çevrilir; bundan sonra qlutaminin
-amin
azotu molekuldan ayrılır,
-amin qrupu ilə karbonil qrupu arasında rabitə
yaranır; beləliklə, zülal molekulunun uc hissəsində piroqlutamin turşusu qalığı
əmələ gəlir.
Dostları ilə paylaş: