146
əhəmiyyəti vardır. Məsələn, hemoqlobinin tərkibinə
daxil olan polipeptid
zəncirlərində aminturşu qalıqlarının yerləşmə ardıcıllıqlarının öyrənilməsi
sayəsində, hemoqlobinopatiyalar qrupuna daxil olan xəstəliklər zamanı qan-
yaradıcı sistemdə sintez edilən qeyri-normal
hemoqlobinlərin adi hemo-
qlobindən fərqi aydınlaşdırılmışdır. Strukturu öyrənilən bəzi zülal və peptid-
lərin (insulin, vazopressin) kimyəvi sintez yolu ilə alınan preparatlarından
hazırda dərman vasitəsi kimi istifadə edilir.
4.6.3. Zülalların quruluşu haqqında müasir təsəvvürlər
Müasir dövrdə zülal molekullarının struktur mütəşəkkilliyinin 4
səviyyəsi
ayırd edilir. Bunlara birincili, ikincili, üçüncülü və dördüncülü strukturlar deyilir.
1. Zülalların birincili strukturu.
Zülal molekulunun “birincili strukturu”
adı altında aminturşu qalıqlarının peptid zəncirlərində (və ya molekula daxil
olan polipeptid zəncirlərində) yerləşmə ardıcıllığı və disulfid körpücüklərinin
lokalizasiyası nəzərdə tutulur. Çox vaxt polipeptid
zəncirlərinin bir ucunda
sərbəst amin qrupu (N-terminal hissə), digər ucunda isə karboksil qrupu (C
–
terminal hissə) yerləşir. Polipeptid zəncirinin amin qrupu sərbəst olan ucu
molekulun başlanğıcı hesab edilir. Ribosomlarda zülal molekullarının
sintezi
də məhz N-terminal hissədən başlanır.
Bəzən polipeptid zəncirinin N-terminal hissəsindəki amin qrupu asetilləş-
miş, yəni sirkə turşusu ilə birləşmiş (H
3
C
–
CO
–
NH
–
...) vəziyyətdə olur. Bir sıra
zülal molekullarında isə (bəzi hormonlar, immunqlobinlərin bəzi formaları) N-
terminal hissədə piroqlutamin turşusu (pirrolidonkarbon turşusu) yerləşir.
Bunlardan əlavə, bir sıra heyvan, həşərat və mikroorqanizmlərdə formil və
ya metil qrupu ilə birləşmiş
-amin qruplarına malik olan zülallar da müşahidə
edilir.
Polipeptid zəncirlərində sərbəst karboksil qruplarının modifikasiyaya uğ
-
ramış formalarına nisbətən az təsadüf edilir. Bəzi peptid strukturlu hormonların
sonuncu aminturşu qalıqlarının karboksil qrupları amid törəməsi şəklində olur;
belə zülallara arı zəhərinin tərkibində də təsadüf edilir.
Aminturşu qalıqları arasında olan peptid (-CO-NH-) rabitələri və disulfid
rabitələrinin (-S-S-) bir hissəsi zülalların birincili strukturuna daxildir (şəkil
4.4). Aminturşu qalıqları peptid rabitələrinin ətrafında (bir-birinə nisbətən)
trans-
və
sis-
vəziyyətdə yerləşə bilər. Lakin,
polipeptid zəncirində olan
aminturşu qalıqları çox vaxt bir-birinə nisbətdə
trans-
vəziyyətdə mövqe tutur.
Çünki bu forma sis- formaya nisbətən davamlıdır.