Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə10/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   137
Biokimyanın əsasları I cild

Element
 
İnsan 
orqanizmində
 
Bitkilərdə
 
Yer qabığında
 
Hidrogen
60,3
10
0,0001
Oksigen
25,5
70
62,5
Karbon
10,5
18
0,08
Azot
2,42
0,4
0,0001
Natrium
0,73
0,3
2,64
Kalsium
0,226
0,3
1,94
Fosfor
0,134
0,15
0,093
Kükürd
0,132
0,03
0,05
Kalium
0,036
0,3
2,5
Xlor
0,32
0,003
0,017
Silisium

0,0001
0,15
21,2
Alüminium

0,0001

0,0001
6,47
Ümumiyyətlə, orqanizmdə olan kimyəvi elementləri miqdarına görə
4 qrupa bölmək olar: 1) miqdarı orqanizmin ümumi kütləsinin 1%-dən artıq 
olan elementlər 

makrobiogen
elementlər (makroelementlər) adlanır. Bu qrupa 


21 
oksigen, karbon, hidrogen, azot, kalsium və fosfor aiddir; 
2) 
oliqobiogen
elementlər 

miqdarı 0,01%-dən 1%-ə qədər olan ele-
mentlər (natrium, kalium, xlor, kükürd, maqnezium, dəmir); 
3) 
mikrobiogen
elementlər 

miqdarı 0,01%-dən az olan elementlər (sink, 
mis, molibden, vanadium, manqan, kobalt, flüor, brom, yod, bor); 
4)
ultramikrobiogen
elementlər 

bu qrupa orqanizmdəki miqdarı
10
-4

10
-6 
% olan elementlər daxildir. Bunlardan bəzilərinin (litium, selen, 
arsen, alüminium, titan, nikel, xrom və s.) heyvan və bitki orqanizmində 
mühüm bioloji funksiyaları yerinə yetirdiyi sübut edilmişdir, lakin onların 
orqanizmə təsirinin konkret mexanizmləri hələlik tam aydın deyil.
Qeyd etmək lazımdır ki, biogen elementlərin daha geniş yayılmış təsnifatına 
görə, bu elementlər 2 qrupa bölünür: 1) makroelementlər (miqdarı 0,001%-dən 
artıq olanlar) və 2) mikroelementlər (miqdarı 0,001%-dən az olanlar). Bu 
təsnifatda elementlərin kütləsinə görə miqdarı əsas götürülür: oksigen, hidrogen, 
karbon, azot, kükürd, fosfor, natrium, kalium, kalsium, maqnezium, xlor, yod, 
flüor və dəmir makroelementlərə, digər biogen elementlər (manqan, sink, mis, 
molibden, kobalt, bor, sink, stronsium, litium və s.) isə mikroelementlərə aiddir. 
Canlı orqanizmlərdə civə, lantan, qızıl, bismut, sezium, indium, tallium, 
germanium, sirkonium, prazeodium, neobium, neodium kimi elementlər 
olduqca az (10
-4
-10
-12 
%), bəzi radioaktiv elementlər isə daha az miqdarda olur.
Kimyəvi elementlər orqanizmdə qeyri-üzvi və üzvi maddə molekullarının 
tərkibində olur. Bu baxımdan yalnız oksigen, azot qazı və təsirsiz qazlar müstəs-
nalıq təşkil edir, yəni onlara sərbəst şəkildə də təsadüf edilir; orqanizmdə 
oksigenin əsas hissəsi hemoqlobin, mioqlobin və digər maddələrlə birləşmə 
halında olur, lakin qan plazmasının tərkibində az da olsa, sərbəst oksigenə 
təsadüf edilir və oksigenin sərbəst hissəsi mübadilə prosesində daha asanlıqla 
iştirak edə bilir. Oksigendən fərqli olaraq, orqanizmin bioloji mayelərində məh-
lul halında olan azot qazı və təsirsiz qazlar biokimyəvi reaksiyalarda iştirak 
etmir. 
Canlı orqanizminin tərkibinə daxil olan molekullar arasında su və üzvi 
maddə molekulları üstünlük təşkil edir. Su orqanizmdə olan qeyri-üzvi 
maddələr və bir sıra üzvi birləşmələr üçün həlledici olmaqla bərabər, hüceyrə-
lərin protoplazmasının kolloid vəziyyətində saxlanılmasında mühüm rolu olan 
dispers mühitdir. Üzvi maddə molekulları strukturlarına görə bir-birindən 
fərqlənir. Onların bir hissəsi toxuma və hüceyrələrin strukturunu təşkil edir, bir 
hissəsi hüceyrələri enerji ilə təmin edir, digərləri isə hüceyrədaxili proseslərin 
tənzimlənməsinə təsir göstərir. Hüceyrələrdə baş verən biokimyəvi proseslərdə 
iştirak edən üzvi maddə molekullarına b i o ü z v i m o l e k u l l a r adı 
verilmişdir. Karbohidratlar, lipidlər, zülallar və nuklein turşuları bioüzvi 
molekulların ən mühüm tipləridir. 
Karbohidratlar və lipidlər demək olar ki, bütün orqanizmlər üçün enerji 
mənbəyi rolu oynayır. Zülallar həm hüceyrələrin struktur elementlərinə daxil 
olur, həm də hüceyrədaxili proseslərdə katalizator (ferment) və tənzimedici 
kimi iştirak edir; nuklein turşuları isə orqanizmin spesifik zülallarının və digər 
mürəkkəb maddələrinin sintezi üçün lazım gələn irsi məlumatı özündə toplayır. 
Bioüzvi maddələrin kimyəvi strukturlarına və fəza konfiqurasiyalarına görə 


22 
bir-birindən kəskin surətdə fərqlənən saysız-hesabsız növləri vardır. Lakin bu 
maddələrin strukturlarında oxşar cəhətlər də müşahidə edilir. Adətən mürəkkəb 
bioüzvi maddələr bir-birilə birləşib, uzun zəncirlər əmələ gətirən nisbətən sadə 
quruluşlu molekulların çoxsaylı kombinasiyalarından ibarət olur. Məsələn, 
irimolekullu karbohidratların (polisaxaridlər) əsas nümayəndələri olan nişasta 
və qlikogen çoxlu sayda qlükoza molekullarının polikondensasiyasından törə-
nən maddələrdir; zülal molekulları bir-birilə kovalent rabitəyə girmiş amin-
turşuların polimerləridir. Zülalların tərkibində cəmi 20 aminturşu növü aşkar 
edilmişdir. Lakin onların müxtəlif kombinasiyalarda birləşməsi nəticəsində 
əmələ gələn zülal molekullarının növləri təsəvvürəgəlməz dərəcədə çoxdur. 
Nuklein turşularının da saysız-hesabsız növləri yalnız 5 növ nukleotidin müx-
təlif miqdarda və müxtəlif kombinasiyada birləşməsi nəticəsində törənir. Qeyd 
edək ki, bütün canlı növlərinin spesifik zülallarının tərkibinə daxil olan 20 
aminturşu növü və nuklein turşularının tərkibinə daxil olan 5 nukleotid növü 
eynidir. 
Orqanizmin makromolekullarının (zülallar, nuklein turşuları, polisaxa-
ridlər) strukturuna daxil olan sadə bioüzvi molekullar adətən hüceyrələrdə bir 
neçə funksiyanı yerinə yetirir. Məsələn, aminturşular zülal molekullarının 
struktur komponentlərinə daxil olmaqla bərabər, həm də başqa bioüzvi 
molekulların (hormonlar, alkaloidlər, porfirinlər) sintezi üçün ilkin material 
kimi istifadə edilir; mononukleotidlər həm nuklein turşularının strukturuna 
daxil ola bilir, həm də koferment və enerji mənbəyi funksiyası daşıyırlar. 
Hüceyrələrdə müxtəlif kimyəvi maddələrin miqdarı canlı materiyanın 
struktur mütəşəkkilliyinin yüksək səviyyəsini təmin edə biləcək molekulyar 
nisbətdə olur. Məsələn, qaraciyər hüceyrəsinin quru kütləsi onun ümumi 
kütləsinin 30%-ni təşkil edir, bu kütlənin isə yalnız 3%-ə qədəri qeyri-üzvi 
ionların və xırdamolekullu birləşmələrin (metabolitlər, irimolekullu üzvi 
maddələrin monomerləri, kofermentlər) payına düşür; hepatositlərin quru küt-
ləsinin 27%-ə qədərini makromolekullar və onlardan 70%-ə qədərini zülallar 
təşkil edir. Beləliklə, hüceyrələrdə makromolekulların sintezinə sərf edilə bilən 
xırdamolekullu monomerlərin (aminturşular, mononukleotidlər, qlükoza, üzvi 
turşular, qliserin) miqdarı olduqca azdır. Lakin onların həmin kiçik miqdarı 
canlı orqanizminin konkret mühit şəraitinə uyğunlaşmasını və özünə xas olan 
həyat tərzi keçirməsini təmin edə bilir. 
Müxtəlif hüceyrələrdə zülalların, nuklein turşularının, lipidlərin və polisa-
xaridlərin miqdarı bir-birindən fərqlənir. Məsələn, bitki hüceyrələrində zülal 
heyvan toxumalarındakından xeyli azdır, nuklein turşuları isə bitki hüceyrə-
lərində daha çox olur; bitki hüceyrələri və hepatositlər özlərində nisbətən çox 
polisaxarid saxlayır, piy toxumalarında isə daha çox lipid toplanır. Müxtəlif 
hüceyrələrdə və orqanizmlərdə suyun da nisbi miqdarı fərqli olur. Məsələn, 
bitki hüceyrələrində və piy toxumasında yalnız 40%-ə qədər su olduğu halda, 
qaraciyər hüceyrələrinin ümumi kütləsinin 70%-ə qədərini, meduza orqaniz-
minin isə 99%-ə qədərini su təşkil edir. Sümük toxuması tərkibindəki suyun 
azlığına görə digər toxumalardan fərqlənir. Bu toxumanın ümumi kütləsinin 
yalnız 25%-ə qədərini su təşkil edir. Hüceyrələrdə olan qeyri-üzvi ionların 
növləri o qədər də çox deyil, lakin onlar orqanizmin çox mühüm və müxtəlif 
həyati funksiyalarının yerinə yetirilməsində iştirak edirlər. 


23 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin