Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə102/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   137
Biokimyanın əsasları I cild

4. Zülalların dördüncülü strukturu.
Bəzi zülalların molekulları hər biri 
ayrılıqda üçüncülü struktura malik olan polipeptid zəncirlərinin birləşmələrin- 
dən ibarət olur. Bu birləşmələri təşkil edən polipeptid zəncirləri bir-birilə 
ion və hidrogen rabitələri vasitəsilə əlaqəli olur; bundan əlavə, həmin poli-
peptidlər arasında qeyri-polyar hidrofob əlaqələr (Van-der Vaals qüvvələri) 
sayəsində də rabitə yarana bilər. Belə zülalların quruluşu dördüncülü struktur 
anlayışı ilə ifadə edilir. Yəni “dördüncülü struktur” adı altında bir neçə poli-
peptid zəncirinin funksional cəhətdən vahid şəkildə olan zülal molekulunda 
birləşməsi nəzərdə tutulur. Dördüncülü struktura malik olan zülallara oliqo-
merlər, onları təşkil edən polipeptid zəncirlərinə isə “protomerlər” və ya “sub-
molekulyar vahidlər” deyilir. Bu zülalların protomerləri öz üçüncülü struktur-
larına xas olan əsas konfiqurasiyalarını qoruyub saxlayır. Protomerlər bir-biri-
nə yalnız səthlərinin müəyyən hissələri vasitəsilə təsir göstərə bilir. Onların bir-
birini qarşılıqlı surətdə “tanıması” molekul strukturlarının komplementarlığı ilə 
əlaqədardır; protomerlərin biri digərilə müxtəlif nöqtələrdə birləşir. Buna görə 
oliqomerlərin tərkibinə “səhvən” başqa strukturlu polipeptid zəncirinin daxil 
olması qeyri-mümkündür. Oliqomer strukturlu zülalların tərkibindəki submo-
lekulyar vahidlərin (protomerlər) sayı çox vaxt cüt (əsasən 2 və ya 4, bəzi 
hallarda isə 6 və ya 8 ədəd) olur; onların molekul kütlələri bir-birinə bərabər 
ola bilər, lakin bu, vacib şərt deyil. Məsələn, hemoqlobinin zülal hissəsi 

qlo-
bin – hər biri ayrılıqda birincili, ikincili və üçüncülü struktura malik olan 4 pro-
tomerdən ibarətdir (şəkil 4.9). Bunlardan ikisi 

-, ikisi 

-polipeptid zənciri 
adlanır. Hər bir polipeptid zəncirinə hem adlanan 1 ədəd prostetik qrup birləşir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin