Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə105/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   137
Biokimyanın əsasları I cild

 
Şəkil 4.10. Kollagenin 3 spiralın birləşməsindən ibarət olan fəza strukturu 
Tropokollagen spiralları bir-birilə uc-uca və yan-yana birləşməklə, kolla
-
gen molekulunun ikincili və üçüncülü strukturunu formalaşdırırlar.
Tropokollagen molekullarının 

-zəncirlərinin növündən asılı olaraq, kolla-
genin 4 tipi ayırd edilir. 

-Zəncirlərin müxtəlif növləri kimyəvi strukturuna 
görə bir-birindən fərqlənir. Onların 

1
- və 

2
- zəncirlər adlanan 2 qrupu ayırd 
edilir; 

1
-zəncirlərin isə 4 tipi (I, II, III, IV tiplər) ayırd edilir. Kollagenin 
birinci tipi iki 

1
(I) və bir 

2
-zəncirdən, ikinci tipi 

üç 

1
(II) zəncirdən, 
üçüncü tipi 

üç 

1
(III) zəncirdən, dördüncü tipi 

üç 

1
(IV) zəncirdən ibarət 
olur. Bunlardan 

kollagenin birinci tipi canlı təbiətdə daha geniş yayılmışdır; 
sümüklərdə, dəridə və vətərlərdə kollagenin birinci tipi, qığırdaqda isə 

ikinci 
tipi daha çox olur (bir toxumada müxtəlif kollagen tipləri ola bilər). 
Saçın, buynuz toxumasının, dərinin və quş lələklərinin tərkibinə daxil olan 

-keratin
adlı zülalın molekulunda 

-spiral konfiqurasiyasına malik 3-7 
polipeptid zənciri olur. Hər biri 100-ə qədər aminturşu qalığından ibarət olan 
bu polipeptidlər bir-birilə disulfid körpücükləri vasitəsilə birləşir və bir-birinə 
sarılaraq sol istiqamətli superspiral əmələ gətirir; superspirallardan isə diametri 
təxminən 2 nm olan mikrofibrillər əmələ gəlir. 

-Keratinə isti buxarla təsir 
göstərildikdə polipeptidlər arasındakı hidrogen rabitələri pozulur və belə lifləri 
dartdıqda onları təşkil edən zülal molekulları 

-struktur əldə edir, yəni 

-
keratin 

-keratinə çevrilir. Keratinin birincili strukturunda 

sis- sis-qlu-pro-
ser
- ardıcıllığı ilə yerləşmiş 5 aminturşu qalığından ibarət olan struktur vahidi 
(pentapeptid) təkrarlanır. 
İpəyin tərkibinə daxil olan 
fibroin
zülalı molekul strukturuna görə 

-
keratinə bənzəyir. Bu zülalın tərkibi qlisin, serin və alaninlə zəngindir. 
Keratindən fərqli olaraq, fibroin molekulunda qonşuluqda yerləşən polipeptid 
zəncirləri antiparalel vəziyyətdə olur (yəni onların N-terminal və C-terminal 
hissələri bir-birinin əksi istiqamətində olur); zəncirlər arasında disulfid rabitəsi 
olmur. Fibroinin molekul zənciri 

qli-ser-qli-ala-qli-ala- 
tərkibli heksapeptidin 
təkrarından ibarətdir. 


156 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin