II FƏSİL KARBOHİDRATLAR 2.1. KARBOHİDRATLAR HAQQINDA ÜMUMİ MƏLUMAT, ONLARIN BİOLOJİ ƏHƏMİYYƏTİ VƏ TƏSNİFATI Karbohidratlar
–
təbiətdə ən geniş yayılmış üzvi birləşmələrdir. Onlar
kimyəvi strukturlarına görə, ya tərkibinə aldehid və ya keton qrupu daxil olan
çoxatomlu spirtlər, ya da həmin spirtlərin polimerləridir. Bitkilərin quru
kütləsinin 80-90%-i karbohidratlardan ibarətdir. Onlar bitkilərdə həm istinad
toxumasının (sellüloza), həm də ehtiyat üçün saxlanan qida maddələrinin
(nişasta, polifruktozanlar və s.) əsas kütləsini təşkil edir. Heyvan və insan
orqanizmində karbohidratlar üzvi maddələrin digər növlərinə (zülallar, lipidlər)
nisbətən az olur və toxumaların quru kütləsinin yalnız 2%-ə qədərini təşkil
edir. Buna baxmayaraq, orqanizmin enerjiyə tələbatının ödənilməsi baxımın-
dan karbohidratların əhəmiyyəti heç də digər üzvi maddələrin əhəmiyyətindən
az deyil. Təkcə bunu göstərmək kifayətdir ki, insan orqanizmi enerjiyə ehti
-
yacının 60%-ə qədərini karbohidratların hüceyrədaxili oksidləşməsi sayəsində
əldə edir; orta bədən kütləsinə malik olan insan qidanın tərkibində hər gün 400-
600 q karbohidrat qəbul edir.
Karbohidratlar termininin meydana çıxmasının səbəbi
–
bu qrupa daxil
olan üzvi maddələrin ilk nümayəndələrinin kimyəvi tərkibinin C
n
(H
2
O)
n
düsturuna uyğun gəlməsi olmuşdur. Göründüyü kimi, burada hidrogen və
oksigen atomlarının miqdar nisbəti su molekullarındakına müvafiqdir (2:1).
Lakin üzvi kimyanın inkişafı sahəsində aydın olmuşdur ki, əslində bu uyğunluq
təsadüfidir: sonralar empirik formulu yuxarıda göstərilənə uyğun gəlməyən
ramnoza – C
6
H
12
O
5
və dezoksiriboza (C
5
H
10
O
4
) kimi karbohidratlar aşkar
edilmiş və bundan əlavə, məlum olmuşdur ki, oksigen və hidrogen atomlarının
nisbətinə görə həmin formula uyğun gəlsə də, karbohidrat xassəsinə malik
olmayan üzvi birləşmələr də vardır. Formaldehid (CH
2
O), asetat turşusu
(C
2
H
4
O
2
), süd turşusu (C
3
H
6
O
3
) bunlara misal ola bilər.
Kimyəvi Nomenklaturanın İslahatı üzrə Beynəlxalq Komissiya 1927-ci
ildə “karbohidratlar” termininin bu qrupa daxil olan üzvi maddələrin həm
kimyəvi təbiətini, həm də tərkibini əks etdirmədiyini nəzərə alaraq, bu
birləşmələri “qliseridlər” adlandırmaq təklifini irəli sürmüşdü. Lakin “qlise-
ridlər” termini müvafiq elm sahəsi üzrə tədqiqat aparan alimlərin əsərlərində
geniş yayılmadığına görə, diqqətdən kənarda qalmışdır. Buna görə, Beynəlxalq
Kimya İttifaqının (IUPAC) 1978-ci ildə nəşr etdirdiyi biokimyəvi nomenk-
laturada “karbohidratlar” termini saxlanılmışdır.
Təbiətdə yayılmış karbohidratların əsas mənbəyi bitkilərdir. Yaşıl bit-
kilərdə fotosintez prosesi sayəsində sintez edilən üzvi maddələrin ilk qrupunu
karbohidratlar təşkil edir. Beləliklə, bütün heyvanlar aləmini də karbohidrat-
larla ya bilavasitə, ya da dolayı yolla bitkilər aləmi təchiz edir. Doğrudur, hey-
van və insan orqanizmində karbohidratların müəyyən növləri sintez edilir,
lakin burada onların sintezi üçün bitkilərdə olduğu kimi, qeyri-üzvi maddə-
24
lərdən (CO
2
və su) deyil, müxtəlif üzvi maddələrin (o cümlədən karbohid-
ratların) mübadiləsinin üzvi xarakterli aralıq məhsullarından istifadə edilir.