4. Millon reaksiyası. Bu,
tirozin molekulunun fenol qalığı üçün spesifik
olan reaksiyadır: zülal məhluluna Millon reaktivi (civənin bir və ikivalentli
nitrit və nitrat duzlarının nitrat turşusu məhlulu ilə qarışığı) əlavə edilərək,
qızdırıldıqda məhlul qırmızı-kərpici rəng alır.
5. Hopkins-Adamkeviç reaksiyası. Bu reaksiya mürəkkəb maddələrin
tərkibində indol qrupunun olmasından asılıdır və buna görə tərkibində triptofan
qalığı olan zülallar üçün spesifikdir. Reaksiyanı aparmaq üçün zülal məhlulunu
qlioksil turşusu ilə qarışdırıb, üzərinə ehtiyatla (laylaşdırma üsulu ilə) qatı
sulfat turşusu əlavə edirlər. Bu zaman sulfat turşusu nazik təbəqə şəklində
birinci məhlulun səthində qalır. Məhlulda zülal olduqda iki təbəqə arasında
bənövşəyi zolaq görünür. Tərkibində tirozin və triptofan olmayan zülallar
(məsələn, jelatin) Millon və Hopkins-Adamkeviç reaksiyaları vermir.
Klinik və analitik laboratoriyalarda zülalları təyin etmək üçün bəzi
çökdürmə reaksiyalarından da istifadə edilir. Zülalları qızdırmaqla və ya spirt
-
dən, ağır metal duzlarından və hiqroskopik maddələrdən istifadə etməklə çök-
dürmək olar. Spirt prolaminlər (bitki zülalı) müstəsna olmaqla, bütün zülalları
koaqulyasiyaya uğradır. Bu xassəsinə görə, spirtdən dezinfeksiyaedici kimi
istifadə edirlər (spirt mikroorqanizmlərin zülallarını denaturasiyaya uğrat-
maqla, onlara məhvedici təsir göstərir). Dərini sterilləşdirmək üçün spirtin
70%-li məhlulundan istifadə etmək məsləhət görülür. Çünki, duru spirt məh-
lullarının çökdürücü xassəsi zəif olur, qatı məhlullar isə dərinin dərin qatlarına
daxil ola bilmir.
Klinik laboratoriyalarda sidikdə zülalın olduğunu aşkarlamaq üçün çox
vaxt
sulfosalisil və
nitrat turşularının çökdürücü təsirindən istifadə edilir.
Ağır metalların (civə, gümüş, qurğuşun və s.) duzları da zülallara çökdü-
rücü təsir göstərir. Bu duzların həzm sisteminə düşməsi zəhərlənmə ilə nəticə-
lənir. Belə zəhərlənmələrin müalicəsində çökdürmə reaksiyalarının əhəmiyyəti
böyükdür. Bu zaman xəstəyə zülalla zəngin olan süd, qatıq, yumurta ağı kimi
maddələr içirildikdə zəhərli maddələrin mədədə qalan hissəsi zülallarla birlə-
şərək, çöküntü əmələ gətirir. Bundan sonra zəhərlənmiş şəxsin mədəsini
yumaqla, ağır metal ionlarının sorulmasının qarşısını alırlar.