Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


Karbohidratların bioloji əhəmiyyəti



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə12/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   137
Biokimyanın əsasları I cild

Karbohidratların bioloji əhəmiyyəti. 
Karbohidratlar orqanizmdə enerji 
mənbəyi və plastik material funksiyalarını yerinə yetirir. Bundan əlavə, 
karbohidratların mühafizəedici, istinad, tənzimedici və b. funksiyaları vardır.
Karbohidratlar metabolizm prosesində oksidləşmə reaksiyalarına uğra-
yaraq, öz daxili enerjilərini azad edirlər. 1q karbohidratın hüceyrədaxili oksid-
ləşməsi zamanı təxminən 16,9 kc (4,1 kkal) enerji əmələ gəlir. Bu enerjidən 
orqanizmin tələbatına müvafiq şəkildə istifadə edilməsi karbohidratların enerji 
mənbəyi kimi əhəmiyyətini müəyyənləşdirir. Orqanizmdə bir sıra mühüm üzvi 
birləşmələrin, o cümlədən üzvi turşuların, lipidlərin, nuklein turşularının, 
aminturşuların, zülalların sintezi zamanı ilkin material kimi karbohidratlardan 
istifadə edilir. Beləliklə, karbohidratlar orqanizm üçün plastik material 
funksiyası daşıyır. Bəzi karbohidrat törəmələri (xondroitinsulfat, hialuron 
turşusu və s.) və onların zülallarla kompleks birləşmələri insan və heyvan 
orqanizmində istinad funksiyasını yerinə yetirən birləşdirici toxuma törəmə-
lərinin (qığırdaqlar, vətərlər, sümüklər və s.) tərkibinə daxil olur. Bitki 
toxumalarında da sellüloza və bir sıra başqa karbohidrat törəmələri hüceyrələri 
həm xarici mühit amillərinin zərərli təsirindən mühafizə edir, həm də ümumi 
mexaniki istinadgah funksiyası daşıyır. Həşəratların (cücülər) və xərçəng-
kimilərin orqanizminin xarici örtüyünə daxil olan karbohidratlar (xitin) da 
mühafizəedici və istinad funksiyalarına malikdir.
Orqanizm üçün enerji mənbəyi kimi əhəmiyyəti olan karbohidratların bir 
qrupu toxumalarda toplanaraq, ehtiyatda saxlanılır və lazım gəldikdə istifadə 
edilir. Yəni karbohidratların orqanizm üçün 
ehtiyat qida maddəsi
kimi 
əhəmiyyəti vardır. İnsan və heyvan toxumalarında karbohidratlardan 

qlikogen, bitkilərdə isə nişasta və polifruktozanlar qidalandırıcı maddə ehtiyatı 
kimi toplanır. Məsələn, müntəzəm surətdə qidalanma zamanı qaraciyərdə bu 
orqanın quru kütləsinin 10%-nə qədər qlikogen toplana bilər, uzunmüddətli 
aclıq zamanı isə burada qlikogenin nisbi miqdarı 0,2%-ə enir. 
Karbohidratlar orqanizmin bir sıra funksiyalarına tənzimedici təsir göstərir. 
Məsələn, qanın osmos təzyiqinin tənzimi müəyyən dərəcədə monosaxaridlərin 
qatılığından asılıdır. Bundan əlavə, qanda olan monosaxaridlərin qatılığı bir 
sıra hormonlar (insulin, qlükaqon, adrenalin, qlükokortikosteroidlər və s.) vasi-
təsilə tənzim edilsə də, onlar özləri də əks-əlaqə mexanizmi vasitəsilə həmin 
hormonların sekresiyasını tənzim edir; bitki mənşəli qida maddələrinin 
tərkibinə daxil olan sellüloza bağırsaqların reseptorlarına mexaniki qıcıqlan-
dırıcı təsir göstərməklə, həzm sisteminin funksiyasının tənzimində iştirak edir. 
Karbohidratların bir sıra növləri orqanizm üçün spesifik funksiyalara 
malikdir. Məsələn, tərkibinə karbohidrat komponenti daxil olan bir sıra 
irimolekullu birləşmələr (qlikoproteinlər, lipopolisaxaridlər) müxtəlif molekul 
və hüceyrələrin bir-birini “tanımasına” şərait yaradır, yad amillərin antigen 
spesifikliyini və qan qruplarının fərqli xüsusiyyətlərini müəyyənləşdirir. Hor-
monların, bakteriyaların və onların toksinlərinin hüceyrələrə təsirində spesifik 
vasitəçilər olan membran reseptorları da tərkibinə karbohidrat komponenti 
daxil olan birləşmələrdir. Karbohidratların mürəkkəb strukturlu törəmələri sinir 


25 
sisteminin reseptorlarının da tərkibinə daxildir; sinir impulslarının ötürül-
məsində iştirak edən sinaptik membranlarda spesifik qlükoproteinlər aşkar 
edilmişdir. Bunların həm sinir impulslarının ötürülməsində, həm də bəzi 
farmakoloji aktiv maddələrin təsirinin qəbul edilməsində böyük rolu vardır. 
Karbohidratların bioloji əhəmiyyəti təkcə yuxarıda göstərilənlərdən ibarət 
deyil. Qətiyyətlə demək olar ki, canlı orqanizmi cansız təbiət əşyalarından fərq-
ləndirən elə bir əlamət və ya proses yoxdur ki, orada karbohidrat törəmələrinin 
iştirakı tələb edilməsin. Məsələn, qlikoprotein mənşəli fermentlərin fiziki və 
kimyəvi amillərin təsirinə qarşı davamlı olması onların molekul strukturuna 
daxil olan karbohidrat komponentinin təsiri ilə izah edilir; okeanların qütb 
zonalarına yaxın sahələrində yaşayan bir sıra balıqların qanında olan bəzi 
qlikoproteinlər antifriz funksiyasına malik olmaqla, həmin balıqların toxuma-
larını donmadan mühafizə edir; orqanizmin təbii antikoaqulyant sisteminin əsas 
komponenti olan heparin mürəkkəb karbohidratlar qrupuna aid olan üzvi 
birləşmədir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin