182
laşdırma zamanı lipoproteinlərin müxtəlif fraksiyaları bir-birindən ayrılır; bu
zaman hər bir fraksiyada bir-birinə oxşar olan lipoprotein molekulları toplanır
(qarışıqda olan bir maddə növünün bir yerə toplaşması flotasiya
–
zənginləşmə
adlanır). Lipoproteinlərin flotasiyasının sürəti onların molekullarında olan
lipidlərin ölçülərindən asılıdır. Flotasiyanın sürəti ilə lipoproteinlərin elektrofo-
rez zamanı ayrılma sürəti (mütəhərrikliyi) arasında uyğunluq vardır. Bu gös-
təricilərdən asılı olaraq, qan lipoproteinlərinin aşağıdakı fraksiyaları ayırd
edilir:
1. X i l o m i k r o n l a r
–
ən aşağı sıxlıqlı
zülal-lipid kompleksləridir
(xüsusi sıxlığı 0,96 q/sm
3
və daha az). Bunların ümumi kütləsinin 98%-ə qədəri
lipidlərdən ibarətdir. Beləliklə, xilomikronlar zərif zülal təbəqəsinin köməyi ilə
nisbi sabitlik əldə etmiş lipid damlacıqlarıdır. Burada lipidlərin əksəriyyəti
(80%-ə qədər) triasilqliserinlərdən ibarət olur;
2. P r e-
-l i p o p r o t e i n l ə r
–
sıxlığı xilomikronlara nisbətən yüksək,
lipoproteinlərin əksəriyyətinə nisbətən aşağı olur (0,096-1,006). Bunlara
çox
aşağı sıxlıqlı
lipoproteinlər
–
(ÇAS-LP) deyilir; ümumi kütləsinin 80-90%-i
lipidlərdən (əsasən triqliserinlər, az miqdarda fosfolipidlər, xolesterin və onun
efirləri) ibarət olur;
3.
-L i p o p r o t e i n l ə r
–
bunlara
aşağı sıxlıqlı lipoproteinlər
(AS-LP)
də deyilir; sıxlığı 1,006-dan 1,063-ə
qədər olur; ümumi kütləsinin 70%-ə
qədərini lipidlər (əsasən xolesterin və xolesteridlər, bundan bir qədər az
–
fosfolipidlər, ən aşağı səviyyədə isə triasilqliserinlər) təşkil edir.
4.
-L i p o p r o t e i n l ə r
–
yüksək sıxlıqlı
(1,063-1,210)
lipoproteinlərdir
(YS-LP); tərkibindəki lipid komponenti ümumi kütlənin 50-
60%-ni təşkil edir və bunlar arasında fosfolipidlərin payı daha artıqdır. Son
vaxtlar
-lipoproteinlərin 2 yarımfraksiyası (
1
və
2
) ayırd edilir. Bunlardan
birincisi
yüksək sıxlıqlı lipoproteinlər
(YS-LP),
ikincisi isə
çox yüksək sıxlıqlı
lipoproteinlər
(ÇYS-LP) adlanır.
Lipoproteinlərin təsnifatı şərtidir. Çünki onların tərkibi və sıxlığı lipidlərin
toxumalara nəql olunması zamanı dəyişikliyə uğrayır.
Qan plazmasının lipoproteinləri kürəşəkilli hissəciklərdir. Onların sıxlığı
artdıqca, diametri kiçilir: hissəciklərin nüvəsini qeyri-polyar lipidlər (triasil-
qliserinlər, xolesterin efirləri) təşkil edir; nüvəcik tərkibinə fosfolipidlər, zülal
və sərbəst xolesterin daxil olan qişa ilə əhatələnmiş olur.
4.13-cü cədvəldə qan plazması lipidlərinin xassələrini əks etdirən bəzi
əlamətlər haqqında məlumat verilmişdir. Qanda lipoproteinlərin müxtəlif növ-
ləri arasındakı normal nisbətin dəyişməsi ateroskleroz xəstəliyinin inkişafına
səbəb olan əsas amillərdən biridir.
Qanda aşağı və çox aşağı sıxlıqlı lipoproteinlərin (
-
və pre-
-lipopro-
teinlər) artması nəticəsində ateroskleroz törənə bilər. Buna görə lipopro-
teinlərin adı çəkilən fraksiyalarına
aterogen lipoproteinlər
deyilir.