185
ibarət olan bitki zülallarıdır;
3. K o b a m i d p r o t e i n l ə r
–
kofaktorları B
12
vitamininin törəmələridir;
4. R e t i n a l p r o t e i n l ə r
–
kofaktorları A vitamininin aldehid formasıdır;
5. F l a v o p r o t e i n l ə r
–
qeyri-zülali hissələri flavinlərdir (B
2
vitamininin törəmələri).
Hemproteinlər və xlorofilproteinlər kofaktorlarının
kimyəvi strukturuna
görə bir-birinə oxşardır. Bu birləşmələrin kofaktorları porfirin törəmələrindən
ibarətdir. Porfirinlərin strukturunun əsasını porfin
adlanan tsiklik birləşmə
təşkil edir. B
12
vitamini (kobamid) də strukturuna görə porfinə bənzədiyinə
görə, bu vitaminin törəmələrinin zülallarla komplekslərini (kobamid
fermentləri) porfirinli proteinlər qrupuna daxil etmək olar.
4.11.5.1. Hemproteinlər
Hemproteinlər
qrupuna hemoqlobin, mioqlobin və bəzi fermentlər (sito-
xrom sistemi fermentləri, katalaza, peroksidaza) aiddir. Bunların
qeyri-zülal
komponenti protoporfirin törəməsi ilə birləşmiş dəmir ionlarından ibarətdir.
Hemporfirinlərdən fərqli olaraq, xlorofilporfirin molekulunda dəmir ionlarının
əvəzində maqnezium ionları olur. Yuxarıda göstərildiyi kimi, hemporfirinlərin
qeyri-zülal komponenti olan hemin strukturunun əsasını pirrol törəmələri
(protoporfirinlər) təşkil edir. Hem molekulunun skeleti
olan porfin bir-birilə
metin (
−
CH = ) körpücükləri vasitəsilə birləşmiş 4 pirrol qalığından ibarətdir
(tetrapirrol törəməsi):
Dostları ilə paylaş: