Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə14/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   137
Biokimyanın əsasları I cild

Tetrozalar

molekuluna 4 karbon atomu daxil olan 
monosaxaridlərdir; təbiətdə bunlara başqa karbohidrat-
lara nisbətən az təsadüf edilir. Tetrozaların növlərindən
d-eritrozanın müəyyən bioloji əhəmiyyəti vardır. Onun 
fosfat efiri (d-eritroza-4-fosfat) bitkilərdə fotosintez pro-
sesinin və heyvan toxumalarında karbohidratların pento
-
zafosfat tsikli üzrə oksidləşməsinin aralıq məhsullarından 
biridir. Yosun və şibyələrin tərkibində eritrozanın 
reduksiyaya uğraması nəticəsində əmələ gələn çoxatomlu 
spirt 

eritrin 

olur. 
Pentozalar

molekuluna 5 karbon atomu daxil olan monosaxaridlərdir. 
Bunların növlərindən d-riboza, d-dezoksiriboza, d-ribuloza, d-ksiloza və l-
arabinoza bioloji cəhətdən daha böyük əhəmiyyətə malikdir. D-riboza, d-
ksiloza və l-arabinoza bir-birindən molekullarında 

H və 

OH qruplarının 
yerləşməsinə görə fərqlənir; dezoksiribozanı ribozanın ikinci karbon atomu ilə 
rabitəli olan hidroksil qrupunun hidrogen atomu ilə əvəz edilməsi nəticəsində 
əmələ gələn birləşmə hesab etmək olar, ribuloza isə ketopentozaların 
nümayəndəsidir.
Pentozalar orqanizmdə çox vaxt mürəkkəb karbohidratların və ya başqa 
birləşmələrin (məsələn, DNT və RNT) tərkibində olur, metabolizm prosesində 
onların fosfat efirləri aralıq məhsul kimi əmələ gəlir. Sərbəst pentozalara isə 
nadir hallarda bəzi bitkilərin yarpaqlarında təsadüf edilir. Oduncağın, küləşin 
tərkibində və günəbaxan toxumunun qabıq hissəsində kimyəvi tərkibinə görə 
d-ksilozanın polimeri hesab edilən 
pentozanlar
vardır. Bu birləşmələr həzm 
sistemində dəyişikliyə uğramır və sorulmur. Lakin onları orqanizmdən 
kənarda, turş mühitdə hidroliz etməklə d-ksiloza almaq mümkündür.
L - A r a b i n o z a pentozanların bəzi növlərinin, pektin maddələrinin, bitki 
qlükozidlərinin, kitrələrin (gilənar jelesi) tərkibində olur. Heyvanlar L-arabino-


27 
zanı zəif mənimsəyir, maya göbələkcikləri isə ona təsir etmir. Digər pentoza-
lardan fərqli olaraq, arabinozanın d-stereoizomerinə təbiətdə nadir hallarda 
təsadüf edilir.
Çox böyük miqdarda meyvə və meyvə şirəsi qəbul edildikdə sidikdə
l-arabinoza aşkar edilir (alimentar pentozuriya). D-arabinoza bəzi bakteriya-
ların polisaxaridlərinin və bitki qlikozidlərinin bir hissəsinin tərkibində olur.
D - r i b o z a və d - d e z o k s i r i b o z a nuklein turşularının və sərbəst 
nukleotidlərin tərkibinə daxildir. Ribozanın reduksiyası nəticəsində əmələ 
gələn ribitol spirtinə B
2
vitamininin və bəzi fermentlərin kofermentlərinin 
(FAD, FMN) tərkibində rast gəlinir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin