Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə25/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   137
Biokimyanın əsasları I cild

saxaroza 
[

-d-qlükopiranozil-(1

2)- 

-d-fruktofuranozid] 


47 
(27%-ə qədər) və şəkər qamışında (20%-ə qədər) daha çox olduğuna görə 
saxarozaya 
çuğundur
və ya 
qamış şəkəri
də deyilir.
Saxarozanın molekuluna 1 qlükoza və 1 fruktoza qalığı daxildir. Onların 
birləşməsində hər iki monosaxaridin qlikozid hidroksilləri iştirak edir. Buna 
görə saxarozanın reduksiyaedicilik qabiliyyəti yoxdur.
Saxaroza həzm sistemində 
saxaraza
fermentinin təsiri altında hidroliz 
olunub, bərabər miqdarda qlükoza və fruktoza əmələ gətirir. Onun fermentativ 
hidrolizindən alınan qlükoza və fruktoza qarışığı polyarizasiya zamanı işıq 
şüalarını kəskin surətdə sola fırladır (saxaroza özü isə polyarizasiya 
müstəvisini sağa fırladan maddədir; məhlulun polyarizasiya müstəvisinin 
fırlanma istiqamətinin dəyişməsi 
inversiya
adlanır). Buna görə, saxarozaya 
invert şəkər
, onu hidroliz etməklə, inversiya törədən saxaraza fermentinə isə 
invertaza 
adları verilmişdir. İnversiyanın səbəbi bundan ibarətdir ki, hidroliz 
zamanı xüsusi polyarizasiya göstəricisi +66,5
o
olan saxarozadan yarıbayarı 
xüsusi fırlatma göstəriciləri müvafiq surətdə +52,5
o
və 

92
o
olan qlükoza və 
fruktoza əmələ gəlir. Balın tərkibində bərabər miqdarda qlükoza və fruktoza 
olur. Buna görə balı təbii invert şəkər hesab etmək olar.
S e l l o b i o z a [

-d-
qlükopiranozil (1

4)-d-qlükopirin-
oza]

sellülozanın natamam hidrolizi 
nəticəsində əldə edilən disaxariddir; 
molekulu 1,4-qlikozid rabitəsi ilə 
birləşmiş 2 qlükoza qalığından iba-
rət olduğuna görə, maltozaya bən-
zəyir. Lakin sellobiozanın tərkibində 
qlikozid rabitəsinin əmələ gəlməsin-
də iştirak edən qlükoza molekulu 

-konfiqurasiyalıdır. Sellobioza reduk-
siyaedicilik xassəsinə malikdir. İnsanın həzm şirələrində sellobiozanı hidroliz 
edə bilən ferment yoxdur. Buna görə sellobioza və ona müvafiq gələn 
polisaxarid 

sellüloza insanın həzm sistemində parçalanmır və sorulmur. Lakin 
otyeyən heyvanlar bu karbohidratlardan qida maddəsi kimi istifadə edə bilir. 
Çünki, onların bağırsaqlarında olan bakteriyalarda sellülozanı və sellobiozanı 
hidroliz edən fermentlər hazırlanır. Sellobioza maya göbələkciklərinin təsirindən 
qıcqırmır. 
T r e q a l o z a [

-d-qlükopiranozil-(1

1)-

-d-qlükopiranozid] 

göbə-
ləklərdə, çovdar mahmızında, yosunlarda və bəzi ali bitkilərdə olan disaxarid-
dir; bunlardan əlavə, treqalozaya həşəratların orqanizmində də rast gəlinir. 
Elmi adından məlum olduğu kimi, treqaloza molekulu bir-birilə yarımasetal 
(qlükozid) hidroksilləri vasitəsilə birləşmiş 2 

-d-qlükoza qalığından ibarətdir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin