Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə35/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   137
Biokimyanın əsasları I cild

Sxem 2.6. Xondroitin-6-sulfat 
 
 
Xondroitinsulfatın molekul zəncirinin sonunda 1 ədəd d-qlükuron turşusu, 
2 ədəd d-qalaktoza və 1 ədəd d-ksiloza qalıqlarından ibarət tetrasaxarid fraq-
menti olur. Bu fraqment xondroitinsulfatı zülallarla birləşdirir. Xondroitin-
sulfat-peptid kompleksinin yaranmasında bir tərəfdəki d-ksiloza qalığı ilə digər 
tərəfdəki serin aminturşusunun 

OH radikalı arasında olan O-qlikozid rabitəsi 
iştirak edir. Xondroitin-sulfatların molekul kütləsi 50 minlə 100 min arasında 
tərəddüd edir.
Birləşdirici toxuma proteoqlikanlarının qeyri-zülal komponetləri arasında 
strukturuna görə xondroitinsulfatlara bənzəyən d e r m a t a n s u l f a t və
k e r a t a n s u l f a t adlanan polisaxaridlər də aşkar edilmişdir. Əvvəllər 
dermatansulfata xondroitinsulfat B deyilirdi, xondroitin 4- və 6-sulfatlar isə 
müvafiq olaraq, xondroitinsulfat A və xondroitinsulfat C adlanırdı. Dermatan-
sulfatın tərkibində, xondroitinsulfatlardan fərqli olaraq, d-qlükuron turşusunun 


59 
əvəzində l-iduron turşusu qalıqları olur, onlar 

-1,3-qlikozid rabitələri vasitə-
silə sulfatlaşmış N-asetilqalaktozamin qalıqları ilə birləşir.
Keratansulfatın molekul zənciri isə 

(1,4)-qlikozid rabitəsi ilə birləşmiş
d-qalaktoza və N-asetilqlükozamin-6-sulfat qalıqlarından ibarət olan disaxarid 
fraqmentlərinin birləşməsi nəticəsində əmələ gəlir. Bu disaxaridlər arasında 

(1,3)- qlikozid rabitələri olur.
Dermatansulfatın bioloji rolu haqqında ətraflı məlumat yoxdur. Lakin belə 
hesab edilir ki, bu polisaxarid antikoaqulyant təsiri göstərir və kollagen 
liflərinin möhkəmliyini artırır. Keratansulfatlar əsasən qığırdaq toxumasının 
ara maddəsində və gözün buynuz qişasının tərkibində olur. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin