Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə40/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   137
Biokimyanın əsasları I cild

 
3.
1.
 


66 
4. L i p i d l ə r i n b a ş q a ü z v i m a d d ə l ə r l ə k o m p l e k s b i r-
l ə ş m ə l ə r i (3.1-ci sxemdə təsnifat haqqında daha ətraflı məlumat 
verilmişdir). 
Yuxarıdakı təsnifatın 4-cü qrupuna daxil olan lipid kompleksləri haqqında 
dərsliyin müvafiq fəsillərində məlumat verilmişdir. Burada isə ilk 3 qrupun 
əsas xüsusiyyətləri izah edilir. 
 
3.2. LİPİD MONOMERLƏRİ VƏ TƏKKOMPONENTLİ LİPİDLƏR 
Lipidlərin müxtəlif növləri hidroliz edildikdə üzvi turşular, qliserin, ali 
alifatik spirtlər, aldehidlər, ketonlar, ali aminspirtlər, çoxatomlu spirtlər, ste-
roidlər, terpenlər, bəzi xırdamolekullu azotlu üzvi birləşmələr və fosfat turşusu 
əmələ gələ bilər. Lipidlərin nisbətən geniş yayılmış növlərinin tərkibində isə 
alifatik üzvi turşular (yağ və ya piy turşuları) və qliserin üstünlük təşkil edir.
Qliserin. 
Neytral yağların (triasilqliserinlər) və fosfolipidlərin tərkibinə 
daxil olan əsas komponentlərdən biri qliserindir. Qliserin təbiətdə ən geniş 
yayılmış üçatomlu spirtdir. Otaq temperaturunda özlü maye şəklində olan 
qliserin şirin dadlı maddədir, su və spirtlə yaxşı qarışır, efirdə isə həll olmur; 
həm üzvi, həm də qeyri-üzvi turşularla reaksiyaya girib, efirlər əmələ gətirə 
bilir. Qliserin yağların və piylərin tərkibində alifatik üzvi turşularla birləşmə 
şəklində olur. Fosfolipidlərin tərkibində olan qliserinin spirt qruplarından biri 
fosfat turşusu ilə efir rabitəsində olur. Qliserinin fosfat efiri orqanizmdə sintez 
edilir, həmçinin lipidlərin katabolizmi və sintezi zamanı aralıq məhsul kimi 
əmələ gəlir. 
qliserin l-qliserin-3-fosfat 
 
Üzvi turşular.
Alifatik karbohidrogenlərin karboksil qrupuna (və ya 
qruplarına) malik olan törəmələri üzvi turşular adlanır. Canlıların toxumala-
rında üzvi turşuların sərbəst formalarına nadir hallarda təsadüf edilir. Lakin 
lipidlərin əsas növlərinin və onların mübadilə məhsullarının əksəriyyətinin 
strukturuna bu turşuların efir və ya amid birləşmələri daxil olur. Onlar sadə və 
mürəkkəb lipidlərin əsas hidrofob komponentləridir.
Təbii triasilqliserinlərin tərkibində üzvi turşuların 200-ə yaxın növü aşkar 
edilmişdir. Onlar bir-birindən karbohidrat zəncirlərinin uzunluğuna, karbon 
atomlarının hidrogenlə doyma dərəcəsinə, ikiqat rabitələrin sayına və yerləş-
məsinə, struktur konformasiyasına, molekul zəncirinin şaxələnmələrinin xarak-
terinə və tərkiblərində olan əlavə radikalların növünə (hidroksi-, epoksi-, keto- 
qruplar, tsiklik strukturlu radikallar və s.) görə fərqlənir. 
Bitki və heyvan mənşəli lipidlərin tərkibinə daxil olan üzvi turşuların 
aşağıdakı xarakter xassələri vardır: 1) adətən lipidlərin tərkibində olan üzvi 
turşuların molekul zəncirlərində karbon atomlarının sayı cüt olur, lakin nadir 


67 
hallarda təksaylı karbon atomları zəncirinə malik turşulara da rast gəlinir; 2) 
lipidlərin tərkibinə adətən monokarbon turşuları daxil olur, yəni bu turşuların 
tərkibində yalnız 1 ədəd karboksil qrupu olur; bu turşuların əksəriyyətinin 
molekul zəncirində şaxələnmə və tsiklik strukturlu hissə olmur; 3) yağ (piy) 
turşuları doymuş və ya doymamış üzvi birləşmələrdir. 
Ali üzvi turşular ilk dəfə piylərin (yağların) tərkibində aşkar edildiyinə 
görə, piy (və ya yağ) turşuları adlanır. Lipidlərin tərkibində aşkar edilən doy-
muş üzvi turşuların əksəriyyətinin molekul zəncirində 12-dən 18-ə qədər kar-
bon atomu olur. 5.1.-ci cədvəldə bu turşuların əsas növləri haqqında məlumat 
verilmişdir. Bu turşuların tərkibində olan karbon atomlarını nömrələyərkən 
karboksil qrupuna malik olan atomu 1-ci, molekulun digər uc hissəsində yerlə-
şən karbon atomu (metil qrupu) sonuncu hesab edilir; karboksil qrupundan 
sonra gələn karbon atomunu 

- ilə də işarə edirlər.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin