Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə43/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   137
Biokimyanın əsasları I cild

Cədvəl 3.3 
Molekul zəncirində 18 karbon atomu olan piy turşularının bəzi xassələri 
 
Turşunun adı
 
İkiqat 
rabitələrin 
sayı
 
Ərimə 
temperaturu 
(
o
C)
 
Soyuq etil spirtində 
həllolma qabiliyyəti
 
Stearin turşusu
0
70
2,5%
Olein turşusu
1
14
Qeyri-məhdud
Linol turşusu
2
5
Qeyri-məhdud
Linolen turşusu
3
-11
Qeyri-məhdud
Təbii mənbələrdən alınan doymamış üzvi turşuların əksəriyyəti 
sis
-
konfiqurasiyalı olur. Bu baxımdan elaidin turşusu müstəsnalıq təşkil edir. Bu 
turşu olein turşusunun trans-izomeridir. 


70 
Olein turşusu (sis-izomer) Elaidin turşusu (trans-izomer) 
İnsanın və məməli heyvanların toxumalarında doymamış turşulardan 


ədəd ikiqat rabitəsi olan linol turşusuna (18:2), 3 ikiqat rabitəli linolen 
turşusuna (18:3) və 4 ikiqat rabitəli araxidon turşusuna (20:4) rast gəlinir. 
Doymamış yağ turşularından orqanizmdə tənzimedici amillərin mühüm növləri 
olan prostaqlandinlər, tromboksanlar və leykotrienlər sintez edilir. Kimyəvi 
strukturuna görə, prostaqlandinlər tsiklik oksiturşular, leykotrienlər isə 
oksiturşular qrupuna aiddir. Doymamış turşuların bioloji əhəmiyyətini onların 
metabolizm məhsulları olan prostaqlandinlərin yüksək bioloji aktivliyə malik 
tənzimedici amillər olması müəyyənləşdirir. Bu turşulardan təbiətdə ən çox 
yayılanı 

olein turşusudur. Ona bitki yağlarının tərkibində (zeytun yağı, 
günəbaxan yağı və s.) rast gəlinir.
Linol turşusu da əsasən bitki yağlarının tərkibində olur, heyvan toxuma-
larında bu turşunun cüzi miqdarına təsadüf edilir. Heyvan və insan toxuma-
larında linolen turşusunun yalnız izləri olur, lakin bitki yağlarının tərkibində bu 
turşunun da miqdarı kifayət qədər çoxdur. Araxidon turşusu isə insan və 
heyvan toxumalarında nisbətən geniş yayılmışdır. Bu turşu toxumalarda 
orqanizmə bitki mənşəli ərzaq maddələrinin tərkibində daxil olan linol və 
linolen turşularından sintez edilir.
Piy turşularının fiziki və kimyəvi xassələrini molekul strukturlarının 
xarakteri müəyyənləşdirir. Onların molekullarının bir tərəfi (karboksil qrupu 
yerləşən hissə 

polyar, digər tərəfi isə qeyri-polyar xassəlidir. Lipidlər 
qrupuna aid olan digər maddələr kimi, piy turşuları da suda həll olmur, qeyri-
polyar həlledicilərdə isə həll olur. Molekul zənciri nisbətən qısa olan üzvi 
turşular (yağ turşusu, kapron turşusu) suda həll olan birləşmələrdir. Bu 
turşulara lipidlərin tərkibində efir rabitəsi ilə birləşmiş şəkildə rast gəlinir. 
Lakin suda həll olduqlarına görə, onların sərbəst formalarını lipidlər qrupuna 
daxil etmək olmaz. 
Piy turşuları zəif turş xassəli maddələr olub, məhlulda aşağıdakı tənlik üzrə 
dissosiasiyaya uğrayırlar: 


COOH RCOO

+ H

Buna görə piy turşuları qələvilərlə (KOH, NaOH) reaksiyaya girib, 
müvafiq duzlara çevrilə bilirlər. İnsanın gündəlik həyatda istifadə etdiyi 
sabunlar 

piy turşularının duzlarıdır. Bu turşuların kalium duzları maye sabun, 
natrium duzları isə bərk sabun şəklində olur.
Piy turşuları spirtlərlə reaksiyaya girib, mürəkkəb efirlər əmələ gətirə 
bilirlər. Mühit temperaturunun və pH-ın artması efirləşmə reaksiyalarını sürət
-
ləndirir. 


71 
Efirləşmə reaksiyası 
Doymamış piy turşularının molekul zəncirlərində olan ikiqat rabitələrin bir 
sıra reaksiyaları onları doymuş turşulardan fərqləndirir. Bunlar arasında 
hidrogenləşmə reaksiyalarının və halogenlərlə reaksiyaların xüsusi yeri vardır. 
Həm doymamış piy turşuları, həm də onların efirləri müvafiq katalizatorların 
(platin, palladium və aktivləşdirilmiş nikel tozları) təsiri nəticəsində hidrogenlə 
birləşə bilir (buna hidrogenləşmə reaksiyası deyilir). Doymamış turşuları tam 
hidrogenləşdirdikdə müvafiq doymuş turşular alınır. Məsələn, linol və ya 
linolen turşusunu tam hidrogenləşdirmə yolu ilə stearin turşusuna çevirmək 
mümkündür:

Linol turşusu Stearin turşusu 
Halogenlər (Br
2
, J
2
) piy turşusunun ikiqat rabitə olan hissələrinə asanlıqla 
birləşir. Doymamış turşular oksidləşmə reaksiyalarına doymuş turşulara 
nisbətən asanlıqla girirlər. Onlar havanın tərkibində olan oksigenin təsirindən 
özbaşına və zəif sürətlə oksidləşirlər. Bu proses yağların qaxsımasının əsasını 
təşkil edir. Belə hesab edilir ki, bu zaman ikiqat rabitə sahələri peroksidləşmə 
prosesinə uğrayır və bunun ardınca üzvi turşu peroksidləri parçalanaraq 
ketoturşulara və oksiketoturşulara çevrilir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin