Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə54/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   137
Biokimyanın əsasları I cild

4. Fosfatidilinozitlər

fosfatid turşusunun altıatomlu tsiklik spirt olan 
inozitlə əmələ gətirdiyi mürəkkəb efirlərdir. İlk dəfə vərəm mikobakteriya-
larında, sonra isə bitki və heyvan toxumalarında aşkar edilmişdir. Heyvan orqa-
nizmində miokardın, qaraciyərin və ağciyərin tərkibində olur. Sinir liflərinin 
mielin qişasında fosfatidilinozitlərin miqdarı xüsusilə çoxdur.
İnozit Fosfatidilinozit 
Canlı aləmdə aşkar edilən fosfatidilinozitləri 3 qrupa bölmək olar:
1) m o n o f o s f o i n o z i t f o s f a t i d l ə r 

bunların molekullarında 1 ədəd 
fosfat turşusu qalığı olur; 2) p o l i f o s f o i n o z i t f o s f a t i d l ə r 

inozit 
qalığının hidroksil qruplarından bir neçəsi fosfat turşusu qalıqları ilə rabitəli 
olur; 3) m ü r ə k k ə b f o s f a t i d i l i n o z i t l ə r 

bunların 
molekullarında inozit qalığı başqa maddələrlə (aminturşular, sfinqozin, 
monosaxaridlər, aminspirtlər və s.) rabitədə olur.
Polifosfoinozitfosfatidlər insan və heyvanların baş beynində aşkar edil-
mişdir. Güman edilir ki, onların sinir sisteminin fəaliyyətində müəyyən rolu 
vardır. Beyin toxumasında fosfatidilinozitlərin ümumi miqdarının yarıdan 
çoxunu fosfatidilinozit-4-fosfat və fosfatidilinozit-3,4-difosfat təşkil edir. Bitki 
məhsullarından soya paxlasının tərkibində polifosfoinozitfosfatidlər aşkar 
edilmişdir. 
Fosfatidilinozit-3,4-difosfat 


87 
Mürəkkəb fosfatidilinozitlər bakteriyalarda daha geniş yayılmışdır. Lakin 
bu birləşmələrə araxisin, soyanın, günəbaxan toxumunun və b. bitki məhsul-
larının tərkibində də rast gəlinir.
5. Plazmalogenlər

ilk dəfə qan plazmasının kimyəvi analizi zamanı 
müşahidə edilmişdir (Felgen, 1924); buna görə fosfolipidlərin bu tipinə “plaz-
malogen” adı verilmişdir. Plazmalogenlər fosfolipidlərin digər növlərindən 
qliserin qalığının 1-ci karbon atomuna birləşmiş kimyəvi qrupun növünə görə 
fərqlənir. Onların molekullarında digər fosfolipidlərdən fərqli olaraq, C
1
vəziy-
yətində piy turşusunun əvəzinə 

- və 

-karbon atomları arasında ikiqat rabitə 
olan doymamış spirt qalığı yerləşir. Qliserin qalığına sadə efir rabitəsi 
vasitəsilə birləşən spirt qalığının tərkibində 12-dən 18-ə qədər karbon atomu 
ola bilər. Plazmalogen molekulunun digər komponentləri qliserofosfolipidlərin 
başqa növlərinə uyğun gəlir. Yəni bunların molekullarında fosfat turşusu qalığı 
ya xolinlə, ya etanolaminlə, ya da serinlə birləşmiş vəziyyətdə olur. Beləliklə, 
molekul strukturuna daxil olan azot əsaslarının növünə görə, plazmalogenlərin 
3 tipi ayırd edilir: 
fosfatidalxolinlər, fosfatidaletanolaminlər və fosfatidal-
serinlər.
Plazmalogenlərin molekullarında doymamış spirt və qliserin qalıqları ara-
sındakı sadə efir rabitəsi duru turşu məhlullarının təsiri nəticəsində parçalanır. 
Bu zaman 



-vəziyyətində ikiqat rabitə olan spirt müvafiq aldehidə çevrilir. 
Bu aldehidlərə ilk dəfə plazmada müşahidə edildiklərinə görə, plazmallar 
deyilir. Plazmalogen (plazmal törədən) sözü də buradan yaranmışdır.
 
 
fosfatidalxolin 
Plazmalogenlər əzələ liflərinin və sinir hüceyrələrinin membranlarında xü-
susilə geniş yayılmışdır. Baş beynində və onurğa beynində olan fosfolipidlərin 
ümumi kütləsinin 50%-dən artığını plazmalogenlər təşkil edir. Orqanizmin 
bütün fosfolipidlərinin isə 20%-i plazmalogenlərdən ibarətdir. Bitki toxu-
malarında plazmalogenlərin olması haqqında hələlik dəqiq məlumat yoxdur, 
lakin onların olmadığını da iddia etmək olmaz. Bəzi bakteriyalarda isə plaz-
malogenlər aşkar edilmişdir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin