Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə55/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   137
Biokimyanın əsasları I cild

6. Fosfatidilşəkərlər

bitkilərdə və mikroorqanizmlərdə aşkar edilmişdir. 
Bunların strukturunda polyar qrup funksiyasını şəkər molekulları yerinə yetirir. 
Bu lipidlər molekul strukturlarına görə qlikolipidlərdən fərqlənir: qliko-
lipidlərin molekullarında karbohidrat komponenti olsa da, fosfat turşusu qalığı 
olmur.
7. Fosfatidilqliserinlər

ilk dəfə bəzi bakteriyaların membranlarında 
aşkar edilmiş poliqliserofosfatid tipli lipidlərdir; bitki xloroplastlarının tər-
kibinə daxil olur; yarpaqlarda olan lipidlərin 50%-ə qədəri fosfatidilqli-
serinlərdən ibarətdir. 


88 
Fosfatidilqliserinlərin molekulları fosfatid turşusu ilə qliserinin sadə efi-
rindən ibarətdir. Bakteriyaların membranlarında fosfatidilqliserinlərin bir his-
səsi aminturşularla (lizin, alanin və s.) birləşmə şəklində olur. Belə birləş-
mələrə 
lipoaminturşular
və ya 
aminasilfosfatidilqliserinlər
deyilir.
fosfatid turşusu qliserin 
fosfatidilqliserin 
İnsan və heyvan orqanizmində aşkar edilən 
kardiolipin
kimyəvi struk-
turuna görə fosfatidilqliserinlərin törəməsidir. Kardiolipinin molekulunda 3 
ədəd qliserin qalığı olur. Onlardan biri 1-ci və 3-cü hidroksil qruplarını müx-
təlif fosfatid turşusu molekullarının fosfat qalıqları ilə efir rabitəsinə sərf edir: 
kardiolipin 
Kardiolipin ilk dəfə qaramalın ürək əzələsində aşkar edilmişdir (kardiolipin 
adı da bu orqanın adından götürülmüşdür). Sonralar insan və heyvanların 
toxumalarının əksəriyyətində, bitki yarpaqlarında və maya göbələkciklərində 
kardiolipin olduğu aşkar edilmişdir. Əsasən mitoxondrilərdə (bitkilərdə isə 
xloroplastlarda) toplanan kardiolipinin bioloji funksiyaları hələlik tam aydın-
laşdırılmayıb. Lakin mitoxondrilərin daxili membranlarında daha çox kardio-
lipin toplandığına görə, onun elektronların nəql edilməsi və oksidləşmə fosfor-
laşması proseslərində müəyyən rolu olduğu güman edilir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin