4.4.3. ZÜLALLARIN FRAKSİYALAŞDIRILMASI VƏ TƏMİZLƏNMƏSİ Toxuma zülallarını hüceyrələrdən və hüceyrə orqanoidlərindən azad
etdikdən sonra onların müxtəlif növlərini bir-birindən ayırırlar. Bu əməliyyat
zülalların fraksiyalaşdırılması adlanır. Fraksiyalaşdırma məqsədilə zülal məh-
luluna müxtəlif üsullarla təcir göstərilir. Bu üsullara məhlulun duzlaşdırılması,
zülalların istilik təciri ilə denaturasiyası, üzvi həlledicilərin köməyi ilə çök-
dürülmə, iondəyişdirici vasitələrin tətbiqi, xromatoqrafiya, elektroforez, kristal-
laşdırılma, ikifazalı sistemlər vasitəsilə ayrılma və b. üsullardan istifadə edilir.
Homogenizasiya və ekstraksiya nəticəsində məhlul halında əldə edilən
zülalları digər qarışıqlarından ayırmaq və məhlulda olan hər hansı bir zülalı
tam təmiz halda əldə etmək üçün çoxmərhələli əməliyyatlar aparılır. Bu zaman
təmiz halda əldə edilməsi nəzərdə tutulan zülali maddə qarışıqda olan digər
maddələrdən ayrılmalıdır. Adətən toxuma ekstraktının tərkibində molekul küt-
ləsi 100-dən 10 milyona qədər olan bir neçə min maddə növünə təsadüf edilir
və bu maddələrin qatılığı 10
-15
-mol/l-dən 10
-2
mol/l-ə qədər olur. Təmizləmə
prosesinin bir və ya bir neçə mərhələsini keçirməklə, toxuma ekstraktının tər-
kibinə daxil olan maddələrin birini digərindən yalnız qismən ayırmaq müm-
kündür.
Zülalların suda həll olması hidratlaşma ilə müşayiət edilir. Yəni bu zaman
zülal molekulları onlarla əlaqəyə girmiş su molekullarından ibarət olan xüsusi
qişa ilə əhatə edilir. Məhlula hidratlaşma prosesini pozan kimyəvi maddələrlə
(qələvi metalların qatı məhlulları, spirt, aseton və s.) və ya fiziki amillərlə
(istilik, şüalandırılma və s.) təsir edildikdə zülallar məhlul halından çöküntüyə
keçir. Lakin belə zülalları çökdürücü amillərin təsirindən azad etdikdə onlar
yenidən suda həll ola bilir. Bu hadisədən zülalları təmiz halda almaq məqsədilə
istifadə edilir. Aşağıda zülalların fraksiyalaşdırılma və təmizlənməsinin ümumi
prinsipləri haqqında məlumat verilir.