Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


  Azərbaycanda bioloji kimyanın inkişafı



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə8/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   137
Biokimyanın əsasları I cild

 


16 
Azərbaycanda bioloji kimyanın inkişafı 
 
Ölkəmizdə bioloji kimya elminin inkişafı ali təhsil sisteminin tarixi ilə 
bağlıdır. Məlumdur ki, Azərbaycanda ilk ali təhsil müəssisəsi 1919-cü ildə təsis 
edilən Bakı Dövlət Universiteti olmuşdur. Universitetin təsis edildiyi ilk illər 
ərzində burada bioloji kimya fənninin tədrisi ilə digər kafedraların müəllimləri 
məşğul olurdu və bu dövrə qədər Azərbaycanda biokimyəvi tədqiqat aparılmır-
dı. 1921-ci ildə əvvəllər Zaqafqaziya Universitetinin (Tbilisi) tibbi kimya və 
farmakologiya kafedrasına rəhbərlik etmiş rus alimi V. D. M a l e n y u k 
(1868-1932) Bakıya köçərək, burada BDU-nun 2 kafedrasına 

ümumi 
gigiyena və fizioloji kimya kafedralarına 

rəhbərlik etməyə başladı. Lakin 
biokimya elminə qəlbən bağlı olan V.D.Malenyuk 1926-cı ildə ümumi gigiyena 
kafedrasının rəhbərliyindən öz arzusu ilə imtina edərək, ömrünün sonuna qədər 
əmək fəaliyyətini bioloji kimya kafedrasında davam etdirdi. Bu illər ərzində 
kafedra tibb fakültəsinin nəzdində olduğuna görə, burada aparılan tədqiqat işləri 
də tibbi biokimya problemlərini əhatə edirdi. Məsələn, Azərbaycanda tibb 
elminin ən görkəmli nümayəndələrindən biri olan akademik M.M.Mirqasımov 
böyrək patologiyası zamanı orqanizmdə törənən biokimyəvi dəyişikliklərə həsr 
edilmiş doktorluq dissertasiyasını bu kafedrada – V.D.Malenyukun rəhbərliyi 
altında işləmişdir. 
1930-cu ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazası əsasında 
Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edildikdən sonra bioloji kimya 
kafedrası bu institutun nəzdində fəaliyyət göstərmişdir.
1932-1937-ci illər ərzində ADTİ-nin (indiki Azərbaycan Tibb Universi-
tetinin) bioloji kimya kafedrasına H. İ. S ə f ə r o v rəhbərlik etmişdir. O, 
kafedranın əməkdaşları ilə birlikdə insan və heyvan biokimyası (xüsusən 
mineral maddələr mübadiləsi) sahəsində tədqiqat aparmışdır. Sonralar 
H.İ.Səfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Gəncə Dövlət 
Kənd Təsərrüfatı Akademiyası) bioloji kimya kafedrası təşkil etmiş və 
ömrünün axırına qədər (1964) həmin institutda elmi-pedaqoji fəaliyyətlə 
məşğul olmuşdur. 
1937-ci ildə ATİ-nin bioloji kimya kafedrasının rəhbərliyi A. S. H ə s ə n o- 
v a (1900-1972) həvalə edilmişdir. Respublikada insan biokimyasının və tibbi-
biokimyanın sonrakı inkişafı məhz A.S.Həsənovun adı ilə bağlı olmuşdur. 
1937-1972-ci illərdə kafedraya rəhbərlik edən A.S.Həsənov buradakı fədakar 
əməyinə görə, Azərbaycan Respublikasının əməkdar həkimi (1942), əməkdar 
elm xadimi (1943) kimi fəxri adlara layiq görülmüş, 1962-ci ildə Azərbaycan 
SSR EA-nın müxbir üzvü seçilmişdir. Onun öz əməkdaşları ilə birlikdə 
apardığı elmi-tədqiqat işlərinin əsasını vitaminlərin maddələr mübadiləsindəki 
rolunun öyrənilməsi, respublikanın kurort amillərinin (o cümlədən “İstisu” mi-
neral suyunun və Naftalan neftinin) müalicəvi təsirinin tədqiqi, A vitamininin 
provitamini olan karotinin təklikdə və Naftalan nefti ilə kompleks şəkildə 
tətbiqi zamanı bir sıra patoloji proseslərin sağalma mexanizmlərinin araş-
dırılması təşkil etmişdir. Bu istiqamətlər üzrə aparılan elmi-tədqiqat işləri 
sonralar əmək fəaliyyətini ADTİ-nin bioloji kimya kafedrasında və respub-
likanın müxtəlif elmi-tədqiqat institutlarında davam etdirən bir çox biokimyaçı 


17 
alimlərin namizədlik və doktorluq dissertasiyalarının əsasını təşkil etmişdir. 
Ə.S.Həsənovun elmi məktəbinin yetirmələri olan A.Z.Babayev, Y.Baba-
yev, H.M.Əliyev, N.A.Rzayev, S.B.Tağızadə, A.M.Əfəndiyev, F.Q.İslamzadə 
və digər alimlər sonralar öz elmi məktəblərini yaratmış, öz uğurlu elmi 
fəaliyyətləri ilə Azərbaycan elminə şərəf gətirmişlər. Bunlardan A.Z.Babayev 
toksikoloji kimya problemləri üzrə tədqiqat aparmış və 1972-1986-cı illərdə 
ATU-nun eyniadlı kafedrasına rəhbərlik etmişdir. Y.Babayev elmi fəaliyyətini 
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda davam etdirmiş, bir sıra 
antropozoonoz infeksion xəstəliklər zamanı insan və heyvan orqanizmlərində 
törənən biokimyəvi dəyişiklikləri tədqiq etmişdir. H.M.Əliyev əczaçılıq 
kimyası problemləri üzrə tədqiqat aparmış və uzun müddət ATU-nun eyniadlı 
kafedrasına rəhbərlik etmişdir. O, indi də həmin kafedrada elmi-pedaqoji 
fəaliyyətini davam etdirir. S.B.Tağızadə (1929-1998) elmi fəaliyyətini onkoloji 
xəstələrdə karbohidrat mübadiləsinin tədqiqinə sərf etmişdir. N. A. R z a y e v
(1927-1981) zülal mübadiləsi, qanın və limfanın bioloji kimyası, gerontologiya 
və geriatriyanın biokimyəvi aspektləri üzrə bir sıra əsaslı elmi-tədqiqat işlərinin 
müəllifidir. O, A.S.Həsənovun vəfatından sonra 

1973-1981-ci illərdə ATİ-nin 
bioloji kimya kafedrasına rəhbərlik etmişdir. Kafedranın əməkdaşları 
N.A.Rzayevin rəhbərliyi altında maddələr mübadiləsinin orqanizmin yaşı ilə 
əlaqədar olan dəyişikliklərinin tədqiqi ilə məşğul olmuşlar. Bu tədqiqatlar sayə-
sində laktatdehidrogenaza, qələvi və turş fosfatazalar, qlükoza-6-fosfatdehid-
rogenaza və b. fermentlərin fəallığının ontogenezin müxtəlif mərhələlərindəki 
dəyişiklikləri aşkar edilmişdir.
1981-ci ildən indiyə qədər ATU-nun bioloji kimya kafedrasına qısa fasilə 
ilə A.S.Həsənovun məktəbinin nümayəndələrindən olan A. M. Ə f ə n d i y e v
rəhbərlik edir. 1984-1986-cı illərdə isə bu kafedra universitetin üzvi kimya 
kafedrası ilə birlikdə fəaliyyət göstərirdi; bu müddət ərzində kafedra bioüzvi və 
bioloji kimya kafedrası adlanırdı və kafedraya Azərb. EA-nın müxbir üzvü
R.A.B a b a x a n o v (1929-1983) rəhbərlik edirdi. 1987-ci ildə yenidən sərbəst 
fəaliyyətə keçən bioloji kimya kafedrasında (kafedra müdiri 

professor 
A.M.Əfəndiyev) və bu kafedra ilə yanaşı fəaliyyət göstərən “Hüceyrə patolo
-
giyasının biokimyası” Problem Elmi-Tədqiqat laboratoriyasında son onilliklər 
ərzində prostaqlandinlərin metabolizm xüsusiyyətləri, lipidlərin peroksid 
oksidləşməsi və hüceyrələrin təbii antioksidant sisteminin vəziyyəti, hemoqlo-
binopatiyalı xəstələrdə biokimyəvi defektlərin və immun sistemin vəziyyətinin 
tədqiqi, ürək əzələsinin hipertrofiyası zamanı kardiomiositlərdə baş verən 
biokimyəvi dəyişikliklərin öyrənilməsi istiqamətlərində elmi-tədqiqat işləri 
aparılmışdır. Hazırda burada insan biokimyası (tibbi biokimya) üzrə elmi-
tədqiqat işləri davam etdirilir. 
XX əsrin ikinci yarısında Azərbaycanda elmi-tədqiqat institutları şəbəkəsi
-
nin genişlənməsi bioloji kimya elminin inkişafında da öz əksini tapmışdır. 
Hazırda respublikamızın müxtəlif elmi-tədqiqat institutlarında, Bakı Dövlət 
Universitetində, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Azərbaycan 
Bədən Tərbiyəsi Akademiyasında, Azərbaycan Pedaqoji Universitetində bioloji 
kimyanın müxtəlif elmi istiqamətləri üzrə tədqiqat işləri aparılır. 
Respublikamızda bitki biokimyası və fiziologiyası sahəsində təməli elmi-


18 
tədqiqat işlərinin aparılmasında və bu sahədə ixtisaslı kadrlar yetişdirilməsində 
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının akademiki C. Ə. Ə l i -
y e v i n əvəzsiz xidməti vardır. Elmi-Tədqiqat Botanika İnstitutunda çalışan 
akademik C.Ə.Əliyevin bu sahədə apardığı tədqiqat işləri sayəsində respub-
likamızın təbii şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldarlıqlı buğda və digər 
kənd təsərrüfatı bitkiləri əldə edilmişdir. 
Hazırda Bakı Dövlət Universitetinin bioloji kimya kafedrasında prof. 
A.Quliyevin rəhbərliyi altında texniki biokimya problemləri üzrə tədqiqat 
aparılır 

uzun müddət saxlanılan kənd təsərrüfatı məhsullarının mühafizə 
edilməsinin biokimyəvi prinsipləri öyrənilir. 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ET Heyvandarlıq
İnstitutunun bioloji kimya laboratoriyasında müxtəlif kənd təsərrüfatı hey-
vanlarının xəstəliklərinin biokimyəvi əsasları tədqiq edilir. Azərbaycan Bədən 
Tərbiyəsi Akademiyasının idman biokimyası kafedrasında funksional biokimya 
üzrə tədqiqat aparılır, idmançıların orqanizmində müxtəlif fiziki gərginlik 
şəraitində baş verən dəyişikliklər öyrənilir. 
Azərbaycan Respublikası Milli EA-nın A.İ.Qarayev ad. Fiziologiya İnsti-
tutunun nəzdində olan mərkəzi sinir sisteminin biologiyası laboratoriyasında 
akademiyanın müxbir üzvü, prof. T.M.Ağayevin rəhbərliyi altında beyində 
maddələr mübadiləsinin xüsusiyyətləri tədqiq edilir. Azərbaycan Respublikası 
Səhiyyə Nazirliyinin müxtəlif elmi tədqiqat institutların müvafiq labora-
toriyalarında 

M.A.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzində, Respublika 
Onkoloji Elmi Mərkəzində, ET Mamalıq və Ginekologiya İnstitutunda 
(laboratoriya rəhbəri 

N.K.Qazıyeva) və s., həmçinin ATU-nun Elmi-Tədqiqat 
Mərkəzində (rəhbəri 

Q.Ş.Qarayev) klinik biokimya üzrə tədqiqatlar aparılır. 
Azərbaycan biokimyaçılarının elmi-tədqiqat işlərinin əlaqələndirilməsində 
1959-cu ildə təşkil edilmiş Azərbaycan Biokimyaçılar Cəmiyyətinin böyük 
rolu olmuşdur. Bu cəmiyyətə 1959-1972-ci illərdə Azərb.SSR EA-nın müxbir 
üzvü, prof, A.S.Həsənov, 1972-1981-ci illərdə respublikanın əməkdar elm 
xadimi, prof. N.A.Rzayev, 1982-1998-ci illərdə Azərbaycan Respublikası Milli 
EA-nın müxbir üzvü T.M.Ağayev rəhbərlik etmişdir. 1998-ci ildə Azərbaycan 
Biokimyaçılar Cəmiyyətinin bazası əsasında Respublika Biokimyaçılar və 
Molekulyar Bioloqlar Cəmiyyəti təşkil edilmiş və bu cəmiyyətin prezidenti 
vəzifəsinə akademik C. Ə. Ə l i y e v seçilmişdir: cəmiyyət 1999-cu ildə 
Avropa Biokimyaçılar Cəmiyyətləri Federasiyasının üzvlüyünə qəbul edil-
mişdir. Federasiyanın nəzdində bioloji kimyanın tədrisi komissiyası təşkil 
edilmişdir. Bu komissiyaya üzv seçilmiş 8 nəfər biokimya mütəxəssisi arasında 
Azərbaycan Respublikasının nümayəndəsi də vardır (prof A.M.Əfəndiyev). O, 
adı çəkilən komissiyada MDB ölkələrinin yeganə təmsilçisidir.


19 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin