131
Yuxarıdakı reaksiyadan aminturşuların miqdarını müəyyənləşdirmək məq-
sədilə istifadə edilir (Van Slayk üsulu): burada əmələ gələn azotun ümumi
miqdarının yarısı aminturşu molekulundan ayrılır; bunu nəzərə alaraq, reaksiya
zamanı xaric olan azotun miqdarına əsasən qarışıqda
olan aminturşunun
miqdarını hesablamaq olar.
Aminturşuların tərkibində olan amin qrupları formalinlə aşağıdakı tənlik
üzrə reaksiyaya girə bilir:
-
aminturşu formaldehid
-
aminturşunun
N-metilol törəməsi
Formalin reaksiyasının əhəmiyyəti bundan ibarətdir ki, bu reaksiya zamanı
amin qrupunun funksiyası blokadaya alınır; əmələ gələn birləşmə adi turşu
xassəsinə malik olduğundan, onun miqdarını qələvilər vasitəsilə titirləmə yolu
ilə müəyyənləşdirmək mümkün olur (Serensenin formalinli titirləmə üsulu).
Aminturşuların amin qruplarına xas olan
bəzi reaksiyalardan zülal
molekullarında monomerlərin (aminturşuların) hansı ardıcıllıqla yerləşdiyini
müəyyənləşdirmək məqsədilə istifadə edilir. Aşağıda belə reaksiyalar haqqında
məlumat veririk.
Dostları ilə paylaş: